Icma.az
close
up
RU
Şəhid İlqar Əhmədovun xatirəsi anılıb

Şəhid İlqar Əhmədovun xatirəsi anılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 yanvar, AZƏRTAC

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əslən Qubadlı rayonunun Çaytumas kəndindən olan şəhid İlqar Əhmədovun anım günü ilə bağlı tədbir keçirilib və ehsan süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhid anaları, İlqar Əhmədovun yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Hər iki tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçıları Sumqayıt şəhər qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, məzar üzərinə gül dəstələri qoyub və dualar oxuyublar. Daha sonra tədbir Çaytumas kənd məktəb-liseyində davam etdirilib və şəhidin adına sinif otağının açılışı olub. Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayaraq şəhidlərin qəhrəmanlıqlarından danışıb. Qeyd edib ki, 44 günlük müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. Bu zəfər Azərbaycan xalqının birliyinin, milli ruhunun və ordumuzun gücünün bariz nümunəsidir.

Tədbir iştirakçıları şəhid İlqar Əhmədovun göstərdiyi igidliyi, həyat yolunu və vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək onun haqqında xatirələrini bölüşüblər.

Şəhidin anası Leyla Əhmədova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Xatırladaq ki, İlqar Əhmədov 1978-ci il aprelin 6-da Bakı şəhəri, Rəsulzadə qəsəbəsində anadan olub. O, 2000-ci il yanvarın 26-da hərbi əməliyyat zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidin xatirəsi yaşadığı evin qarşısında yaradılmış xatirə kompleksi ilə əbədiləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Yanvar 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see416

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see359

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see254

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see243

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see220

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see218

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see212

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see210

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see210

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see204

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see188

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see184

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see177

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see174

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see171

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see171

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see169

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see168

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see160

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri