Icma.az
close
up
RU
Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub

Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar noyabrın 8-də Bakı Tennis Akademiyasının stadionunda final görüşü keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həlledici mərhələdə meydana AzTV ilə “Veteranlar” çıxıb. Televiziya təmsilçiləri daha inamlı oyun nümayiş etdirərək turnirin çempionu adını qazanıblar - 3:1.

Sonra mükafatlandırma və bağlanış mərasimi olub.

Tədbirin təşkilatçısı jurnalist Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Məktəbinin və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, Azərbaycan Dövlət Televiziyası (AzTV), “Baku TV”, “Real TV”, AZƏRTAC, APA, “Yurd Media” agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşlarında canlarını fəda etmiş mərd mübarizlərin, eləcə də 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın əziz xatirəsini anmaq, yeni nəslin sağlam ruhda, vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirdə bu il 12 komanda – AzTV, “Baku TV”, “Real TV”, “İctima TV”, AZƏRTAC, APA, “Yurd.Media”, BAKU.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” mübarizə aparıb. Medianı 8 komanda təmsil edib.

Çıxış edənlər turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə qaydalara uyğun keçdiyini bildirib.

Xatirə turnirində “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Ən yaxşı qapıçı” və “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr təqdim edilib.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olub. Dairəvi sistemlə keçirilən mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 1/4 finala yüksəlib. Bu oyunlarda iştirak edən 8 komandadan qalib gələn 4 kollektiv yarımfinala çıxıb. Qruplar üzrə qalib komandalar finalda, məğlublar isə 3-cü yer uğurunda qarşılaşıb.

Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olub. AFFA hakimlərinin idarə etdiyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunub. Komandalar 12-14 nəfərlik heyətdən formalaşıb.

Media dəstəyinə və iştirakına görə, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) Təşəkkürnamə təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri