Icma.az
close
up
RU
Şəhid polkovnikin çempion oğlu

Şəhid polkovnikin çempion oğlu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Qarabağda antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə uzaq Avstraliyanın Sidney şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasının çempionu olub, Vətənə qızıl medalla qayıdıb.

Xəbəri eşidər-eşitməz Sidneyə zəng vurduq. Arazın anası Gülşən Rəhimova ilə əlaqə saxladıq. O bildirdi ki, dünyanın dörd bir yerindən gələn 64 iştirakçı arasında təkcə Araz Şadmanov 1 saatlıq yarışmanı 18 dəqiqə 22 saniyəyə bitirdiyi üçün fərqlənərək qızıl medal qazanıb:

– Araz ötən ilin dekabrında keçirilən IMEC Onlayn Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq, Sidneyə vəsiqə əldə etmişdi. Rəhmətlik Əkrəm çox istəyirdi ki, övladlarının uğur səsi dünyanın hər tərəfindən eşidilsin. Arazın olimpiadalarda iştirak etməsinə dövlətin dəstəyi böyük oldu. Sidneyə gəlişimizin xərclərini Dövlət Sosial Müdafiə Fondu ilə “McDonald's” ödədi.

Olimpiadanın qəhrəmanı Araz Şadmanzadə da sevinc hisslərini bizimlə bölüşdü:

– Aşağı siniflərdə oxuyanda şagirdlərin olimpiadalarda çıxışı, medal qazanmaları həmişə diqqətimi çəkib və istəmişəm ki, mən də elə olum. Hələ atama sağlığında demişdim ki, mən də qızıl medal alıb xarici universitetə imtahansız qəbul olacağam. Nəhayət ki, o gün yetişdi – qızıl medal aldım. Verilən vaxtdan da tez bir müddətə sualları cavablandırdım. Bunun üçün mənə 800 dollarlıq “oyun seti” də hədiyyə etdilər. Qalibiyyətim barədə Azərbaycanla yanaşı, Türkiyə və digər ölkələrin kütləvi informasiya vasitələrində yazılar dərc olundu. Ölkəmizdən olimpiadada iştirak edən digər 8 nəfər də müxtəlif medallar qazandı. Azərbaycanın bayrağını dalğalandırmağımızla fəxr edirik. Mənsə atama verdiyim sözü tutduğum, onun arzusunu yerinə yetirdiyim üçün özümü xoşbəxt hesab edirəm.

Rizvan FİKRƏTOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri