Icma.az
close
up
RU
Şəhid qardaşı: Gülə gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız...

Şəhid qardaşı: Gülə gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız...

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabad, 17 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Qarabağda Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabr 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini təmin etdi. Bu tarixi qələbə Vətənimizin hüdudlarının bütövlüyünü bir daha təsdiqlədi. Antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlar arasında Elməddin Əliyevin də adı var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya gələn Elməddin son nəfəsinə qədər döyüş yoldaşlarını xilas etməyə çalışaraq, qəhrəmanlıq dastanı yazıb.

Ailədə ən kiçik övlad olsa da, hər kəs üçün dayağa çevrilən Elməddin gənc yaşlarından işgüzarlığı ilə tanınıb. Elə bu xarakteri də onu Azərbaycan Ordusuna gətirib. Müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmət edən Elməddin, 3 illik müqaviləsi başa çatdıqdan sonra bir müddət hərbidən ayrılsa da, Vətən müharibəsi ərəfəsində yenidən ordu sıralarına qayıdıb. Keçdiyi kursdan sonra gizir kimi xidmətini davam etdirib.

Şəhidin anası Rəfiqə Əliyeva oğlu haqqında danışarkən göz yaşlarını saxlaya bilmir: “Elməddin evin ən kiçiyi olsa da, amma sanki hamımızın böyüyü idi. Mənim ən böyük sirdaşım idi, hər dərdimi onunla bölüşürdüm. Allah ona elə bir ağıl, elə bir böyüklük vermişdi ki... Mən həm fəxr edirəm, həm də onun yoxluğunun dərdini ürəyimdə daşıyıram”.

Qardaşı Elvin Əliyev isə Elməddinlə son görüşlərini göz yaşları ilə xatırlayır. Deyir ki, qardaşı 2023-cü il sentyabrın 17-də evə gəlmişdi. Cəmi bir saatdan da az qaldı. “Sanki vidalaşmağa gəlmişdi, amma heç kəslə görüşmədən getdi. Mənə dedi ki, gedirəm, ola bilsin, bir də görüşə bilmədik. Mən zarafat kimi qəbul etdim, inanmadım. Çıxanda bir daha dönüb baxdı və əlavə etdi ki, anamızdan, uşaqlardan muğayat olarsan. Allahın işidir, hər şey ola bilər. Gülə-gülə dedi ki, iki gün sonra şəkillərimi paylaşarsınız... Sonra sakitcə maşına minib getdi. Sanki şəhid olacağını bilirdi. Həmin sözlərdən düz iki gün sonra şəhidlik zirvəsinə ucaldı. Onun sözləri indi ürəyimdə əbədi yaşayan bir xatirədir”, - deyə Elvin bildirir.

Gizir Elməddin Əliyev uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını təxliyə edərkən, snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, Elməddin Əliyev həm də 44 günlük Vətən müharibəsində iştirak edib, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən gizir Elməddin Əliyev Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri