Şəhid Rafiq Cəfərov Füzulidə dəfn edildi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rafiq Şirvan oğlu Cəfərovun nəşi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunub.
Milli.Az xəbər verir ki, əvvəlcə Əbdürrəhmanlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Rafiq Cəfərov hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Rafiq Cəfərov 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1993-ci ildə Cuvarlı və Aşağı Əbdürrəhmanlı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 15 May 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















