Icma.az
close
up
RU
Şəhid Ramazan Göydağlının əziz xatirəsinə həsr edilmiş tədbir keçirildi

Şəhid Ramazan Göydağlının əziz xatirəsinə həsr edilmiş tədbir keçirildi

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası şəhid Ramazan Göydağlıya həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirdi.

Tədbirdə Vətən, torpaq uğrundan canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O, kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz”, “Milli Qəhrəmanlarımızı unutmuruq” layihələri haqqında məlumat verdi. Lətifə Məmmədova çıxışında qeyd etdi ki, Xüsusi Təyinatlı Qüvvələrin dəstəsi tərkibində yer almağın qürur hissini yaşayan Ramazan Göydağlı tarix yazaraq qəlblərdə varlığını əbədi olaraq yaşatdı. Şəhidimiz 28 oktyabr 2020-ci ildə Xocavənd rayonunun kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə medallarla təltif olunmuşdur.
Ramazan Göydağlının xalası Sura Seyidova şəhid haqqında xatirələrini bölüşərək, Ramazanın gözəl ürəyə sahib olan, arzularının yarıda qaldığı bir gənc olduğunu vurğuladı. “Ramazan başımızı uca, gözümüzü yaşlı etdi, özünə bəy otağı düzəltmişdi. Amma Ramazan balamızın bəy libasını geyinməyini görməyimiz bizə qismət olmadı. Tək təsəllimiz odur ki, özündən sonra cavan yaşda müqəddəs bir şəhidlik adı əmanət qoydu, Vətənimizin bütövlüyü uğrunda vuruşdu, gözümüz yaşlı qalsa da, başımızı, bayrağımızı uca elədi” – deyə o, fikrini tamamladı.

Şəhid Ramazan Göydağlının yaxın qohumu Nüsrəddin Cəbiyev şəhidin uşaqlığının gözlərinin önündə keçdiyini bildirdi. Nüsrəddin bəy Ramazanın çox tərbiyəli, böyüyə ehtiramlı, vətən, torpaq təəssübü çəkən, qeyrətli bir oğul olduğundan danışdı. Ramazanın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyən Nüsrəddin bəy Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə can sağlığı, dövlətimizə sülh-əminamanlıq arzuladı. Nüsrəddin bəy şəhidlərimizin xatirəsinə həsr olunan belə tədbirlərin təşkilinə görə dərin minnətdarlığını bildirdi.

Ramazanın xalası oğlu Cəbiyev Əlövsət Nüsrətdin oğlu şəhidimizlə bağlı xoş xatirələrini bölüşərək Ramazanın çox şən, şux, zarafatcıl gəncliyindən danışdı. Əlövsət bəyin Ramazan Göydağlı ilə son görüşü, Ramazanın evindən son gedişi haqqında danışdıqlarını göz yaşları içində dinləyirik: "Ramazan 45 günlük xüsusi təyinatlı hərbi təlimlərə getmişdi. Bir gün atası Əbülfət müəllim zəng etdi ki, bizim hamamdakı isidicini qaydaya salmaq lazımdır, Ramazan yuyunsun, yola çıxacaq. Mən axşam Ramazangilə çatanda götdüm ki, çəkmələri qara boya ilə rəngləyir. Onun 2 hərbi çəkməsi var idi. Bir cütü təzə idi. Yaxınlaşanda gördüm ki, Ramazan bu çəkmələrin köhnə olanını hazırlayır ki, onu geyinsin. Sözün düzü, bunu görəndə doluxsundum.

Dedim ki, xalaoğlu, niyə köhnə, böyrü sökük olan çəkməni geyinirsən? Dedi ki, təlimlərə gedirik.

Mən hamamın isidicisini düzəldənə kimi baxdım ki, tez-tələsik soyuq su ilə yuyunub hazırlaşıb gedir.

Son görüşümüz, Ramazanın hazırlaşıb evindən çıxmağı cəmi 20 dəqiqə çəkdi. Ramazan elə bil şəhadətinə doğru tələsirdi.

O uşaqlıqdan çox vətənpərvər ruhda böyümüşdü. "Sunqurlar" filmindəki döyüş səhnələrini böyük maraqla izləyirdi. O, ölümü gözünə alıb getmişdi. Amma bu yolu elə böyük ürəklə fədakarlıqla qəbullanmışdı ki, məhz özündən sonra təzələrinin qalması niyyətiylə köhnə ayaqqabılarını geyinmişdi. Son ayrılığımızda qucaqlaşdıq. "Atam, anam, ailəm sənə əmanət!" dedi. İlk maaşını da yenicə almışdı, əmək haqqı kartını da evə vermişdi. Ramazan o dərəcədə ailəsinə bağlı insan idi.

Mən də ailəmizin tək oğlu idim, o da ailənin tək oğlu idi. Biz xalaoğlu yox, bir-birimizə qardaş olmuşduq. Mənim atam ilə onun atası da bir-birinə qardaş kimi olmuşdular. Ramazan elə böyük ürəkli qohum idi ki, mənim həyat yoldaşımın da qardaşı yox idi, Ramazan ona bacı, bizim uşaqlara bacımın balaları deyirdi.

Onun şəhadət məqamına ucaldığı gündən bəri biz hələ də onun yoxluğuna barışmamışıq, bu yoxluğa alışmamışıq. Hər dəfə Naxçıvandakı evimizə gedəndə hər baxdığım yerdə onu xatırladacaq hadisələr gözümün önünə gəlir. Bu hissləri dilə gətirmək, bu hissləri yaşamaq bizim üçün çox ağırdır.

Müharibə ərəfəsində biz dostlarımızla Naxçıvandan olan şəhidləri qarşılamaq üçün hava limanı ərazisinə gedirdik, onların əziz ruhu qarşısında son olaraq vətəndaş borcumuzu yerinə yetirməyə çalışırdıq, şəhid qardaşlarımızın son mənzilə yola salındığı mərasimdə iştirak edirdik. Vətənin bütövlüyü naminə fədakarlıqla canlarından keçmək nə böyüklükdə qürur olsa da, gənc yaşda, ömrünün baharında, arzularının çiçəklənən çağında belə igid qardaşlarımızı itirmək, sözün həqiqi mənasında böyük nisgildir.

Zülfünaz xalama, Əbülfət müəllimə Allahdan səbir diləyirəm. Bu gün Ramazan özü aramızda olmasa da, bütün nəslimizin qürurü, fəxarət yeridir.Allah qardaşım Ramazan Göydağlıya və bütün şəhidlərimizə rəhmət eləsin!" - deyə Əlövsət bəy Cəbiyev fikirlərini yekunlaşdırdı.

Ramazanın xalası qızı Cəbiyeva Mahru Nüsrətdin qızı hörmətli Lətifə xanım başda olmaqla tədbiri təşkil edən kitabxananın bütün əməkdaşlarına həm öz adından, həm şəhidin bütüm doğmaları adından dərin minnətdarlığını bildirdi. Mahru xanım Ramazan haqqında xatirələrini dilə gətirəndə göz yaşları dinmək bilmir. Mahru xanım Ramazanın şən, dəcəl, şıltaq uşaqlığını xoş xatirələrlə yada salır, deyir ki, mən Ramazanı ilk övladım bilmişəm, onu balam kimi əziz bilmişəm. Ramazan mənim həm balam, həm də qardaşım olub. Mən gəlin köçəndən sonra musiqi məktəbinə hər gedəndə gəlib mənə baş çəkərdi. Dərsə gedəndə də, musiqidən qayıdanda da bizim evə gələrdi. Bir bayramda bizi unutmazdı. Çox dərin düşüncəli idi.

Ramazan hələ şəhid olmamışdan əvvəl mən yuxu görmüşdüm, həmin İlanlı dağın ətəyində 3 məzar görmüşdüm. Yuxuda görmüşdüm ki, bura İmam Hüseynin və iki balasının məzarıdır. Gördüm ki, ayaqlarının altından çeşmə axır. Yuxuda öz-özümə deyirdim ki, onlar susuz şəhid olduqlarına görə burda ayaqlarının altından su axır. Tale elə gətirdi ki, həmin İlanlı dağıb ətəyində Ramazanı torpağa tapşırdıq. Həmin yuxumu görəndə elə yuxuda ikən niyyət eləmişdim ki, şəhidlərimizin ehsanı üçün bulaq saldıracam. Kaş ki, yuxum çin çıxmayaydı. Həmin bulaq indi Ramazangilin evinin yanındadır. Bu gün bütün şəhidlərimizin xatirəsinə bulaqlar salınıb, ordan su içən hər kəs şəhid qardaşlarımızın xatirəsini ehtiramla yad edir, onların ruhuna dualar oxuyur. Təkcə Ramazan yox, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən hər bir igid vətən övladını mən öz qardaşım bilirəm. Onların ailələrinə uca Allahdan səbir diləyirəm!Qazilər Elşad Musayev, Gülağa Cəfərov, Cəvahir Məmmədova, müharibə veteranı Namiq Quliyev hərbiçilərin müharibədə keçdiyi döyüş yolunun əziyyətli və məşəqqətli olması haqqında danışdılar. Bu gün Zəfərin parlaq tərəfini görürük, onun digər tərəfində isə müharibənin çətinliyi dayanır.

Ramazanın xalası Məhəbbət xanım onun çox saf, mədəni, tərbiyəli, istiqanlı olmağından söz açdı. Xatirələrini dilə gətirən Məhəbbət xanım dedi ki, Ramazan bir gün boynumu qucaqlayıb dedi, xala anama o qədər bənzəyirsən ki, bilmirəm hansınıza ana deyim. İndi o şəhid olduğu gündən mən elə bilirəm ki, xala kimi yox, ana kimi öz övladımı itirmişəm.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva çıxışında qeyd etdi ki, Qarabağ 30 il bizim həyatımızda bir ağrıya çevrilmişdi. O, yazdığı məqalədə 30 il bağlı qalan məmləkətin açarının əsgərdə olduğunu qələmə almışdır. Qarabağın nicat tapmasında, azadlığa qovuşmasında neçə-neçə oğullarımız canlarından keçdilər. Ramazan da yaşanmamış yarımçıq bir ssenarini yaşadı. Şəhidlər şəhadətləri ilə alnıaçıq yaşamağın qürurunu bizə yaşatdılar.

Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov şəhidlərə həsr olunmuş “Mən şəhid olmağa gəlmişəm” və şəhid anası haqqında yazdığı şeirlərini oxudu. Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zeynəb Cəmaləddin bütün şəhidlərin ruhu qarşısında baş əydiyini, onların hər birimizin and yeri olduğunu qeyd etdi. O, “Qələbə müjdəli yurdum” şeirini oxudu.

Oxuculara xidmət şöbəsinin müdiri Yeganə Qafarova şəhid Ramazan Göydağlının simasında bütün şəhidlərimizə rəhmət dilədi. Və qeyd etdi ki, biz onların sayəsində müstəqil, suveren dövlətdə yaşayırıq. Erməni işğalı altında olan dədə-baba yurdumuz işğaldan azad olundu. Bu gun Qarabağda quruculuq, bərpa işləri gedir.

Şəhid Ramazan Göydağlının atası Əbülfət Göydağlı tədbirə şəhidin də böyüyüb boya-başa çatdığı Naxçıvandan onlayn qoşularaq xatirələrini bölüşdü. Şəhid Vətənin dəyəridir. Ramazanın Füzuli və Xocavənd istiqamətində bir çox yüksəkliklərin alınmasında iştirak etmişdir. Şəhidin atası daha sonra qeyd etdi ki, Ramazanın igidlik və şücaətinə görə “Xocavəndin alınmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. O, kitabxananın kollektivinə dərin təşəkkürünü bildirdi.

Ramazan Göydağlının Anası Zülfünaz xanım tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Ramazanın atası Əbülfət müəllim, xalası Sura xanım, xalasının həyat yoldaşı Nüsrəddin müəllimlə Xocavənd rayonuna gedib Ramazanın şəhid olduğu həmin yeri ziyarət etdiyini danışan Zülfünaz ana Ramazanın qanı töküldüyü torpaqda namaz qıldığını söylədi. Ramazanın uşaqlıqdan necə ailəcanlı olduğundan danışan Zülfünaz Ana böyüdükcə bu ailəsinə, valideynlərinə olan məhəbbətin Ramazanın qəlbində Vətən məhəbbətinə çevrildiyini dilə gətirdi.

Naxçıvandan tədbirə onlayn formatda qoşulan şəhid Ramazan Göydağlının yaxın qohumu İntizam Əliyev Ramazan kimi oğulların olduğu ilə fəxr hissi duyduqlarını qeyd etdi. Şəhid və qazi ailələrinə verilən dəyərə görə təşəkkür etdi.

Tədbirdə çıxış edənlər Böyük Zəfərimizdə Ali Baş Komandan İlham Əliyevin danılmaz rolunu xüsusi vurğuladılar.

Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, yaradıcı ziyalılar və oxucular iştirak etdilər.

Şəhid Ramazan Göydağlının həyatı, döyüş yolu, müharibədə iştirakına həsr olunan videoçarx nümayiş olundu.

Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilib:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see145

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see132

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see131

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see130

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see125

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see124

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see122

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see120

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri