Icma.az
close
up
RU
Şəhid Vüsal Məmmədovun xatirəsi anılıb

Şəhid Vüsal Məmmədovun xatirəsi anılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Füzuli, 13 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan Vüsal Məmmədovun xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub və müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vüsal Məmmədovun anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Qeyd edək ki, Məmmədov Vüsal Qüdrət oğlu 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində dünyaya göz açıb. Üç yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşüblər. Uzun illər çadır şəhərciyində yaşayan Vüsal yaşa dolduqca Vətən həsrəti ilə böyüyüb. O, gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. Sonralar Vüsal və ailəsi yeni salınan Zobucuq qəsəbəsində məskunlaşıblar. Həqiqi hərbi xidmətini Dəniz Donanmasında yerinə yetirən Vüsal daha sonra müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayanıb. 2015-ci ildə hərbi hissə nəzdində təməl xüsusi təyinatlı kursunu bitirən Vüsal əvvəlcə kiçik miçman rütbəsini alır. 2017-ci ildə miçman rütbəsinə yüksələrək, manqa komandiri, Xüsusi Təyinatlı Qrupun dalğıc-kəşfiyyatçısı olaraq xidmətini davam etdirib. Peşəkarlığı və bacarığı ilə fərqlənən Vüsal hələ sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2018) medalı ilə təltif olunub. Müharibə başlayanda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı piyadalarının tərkibində döyüşə qatılan Vüsal qəhrəmanlığı ilə seçilib. Onun ilk döyüş yolu sentyabrın 27-də Murov dağından başlayıb, döyüşçü yoldaşları ilə birgə ilk tapşırığın öhdəsindən layiqincə gəliblər. Sonrakı tapşırıq isə Cəbrayıl rayonu istiqamətində olub. Cəbrayılın azad edilməsində, həmçinin bir çox yüksəkliklərin alınmasında şücaəti ilə seçilib. Vüsal və onun tərkibində olduğu qrupun növbəti tapşırığı Füzuli istiqamətində olub və bu döyüşlərdə bir çox strateji mövqeyə malik ərazilərin alınmasında iştirak edib. Oktyabrın 12-də gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Füzuli rayonu Babı qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Məmmədova ölümündən sonra “Qarabağ ordeni” və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri