Şəhid zabitin atası vəfat etdi Foto
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətən müharibəsi şəhidi leytenant Murtuz Abbasovun atası vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhidin atası Çingiz Abbasov yaşadığı Lerik rayonunda dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, M.Abbasov 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. Binəqədi rayonu Sulutəpə qəsəbəsində 313 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına daxil olan Murtuz 2020-ci ildə ali hərbi təhsilini başa vuraraq leytenant kimi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında taqım komandiri kimi xidmətə başlayıb.
O, 22 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu ərazisində Vejnəli qızıl mədəninin qaytarılması üçün Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşüb. Bu zaman leytenant Abbasov 6 nəfər yoldaşı ilə birlikdə döyüşü öz üzərlərinə çəkərək bölüyün qalan heyətinin atəş altından çıxmasına şərait yaradıb. 30 nəfərin yaralandığı döyüşdə Murtuzla birlikdə bölüyün daha 6 hərbçisi qəhrəmancasına şəhid olub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Yanvar 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















