Icma.az
close
up
RU
Şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi FOTOLAR

Şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi FOTOLAR

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

May ayının 15-də Biləsuvar rayonun Amankənd kəndində şəhid Hüseynov Ziyarət Mail oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək ailəsinə baş sağlığı veriblər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olmuş Hüseynov Ziyarət Mail oğlu 15 may 1994-cü ildə Biləsuvar rayonun Amankənd kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Nemət Sultanov adına Dövrüşlü kənd tam orta məktəbində təhsil almış və 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. 2016-cı ilin aprel döyüşlərində, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşa istiqamətində gedən döyüşlərində iştirak etmişdir. Vətən müharibəsində yaralanmasına baxmayaraq müharibədən sonra yenidən hərbi xidmətini davam etdirmişdir. 2022-ci ilin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuşdur. Sentyabr ayının 14-də böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Amankənd kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Hüseynov Ziyarət Mail oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri