Icma.az
close
up
RU
Şəhidi Cəlal Abdullayev Qaradağ rayonunda dəfn edildi

Şəhidi Cəlal Abdullayev Qaradağ rayonunda dəfn edildi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Cəlal Xankişi oğlu Abdullayev sentyabrın 12-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Modern.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə şəhidin paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində doğulub boya-başa çatdığı evdə onunla vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi C. Abdullayev 1971-ci il avqustun 24-də paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü il martın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Çərəkdar kəndində itkin düşüb. C. Abdullayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see602

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see411

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see278

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see276

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see275

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see273

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see259

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see257

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see256

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see251

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see238

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see232

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see225

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see219

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see218

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see216

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see200

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see195

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri