Şəhidin adını daşıyan küçə qaranlığa qərq olub VİDEO
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göyçayda şəhidin adını daşıyan küçədə işıqlandırma problemi yaşanır.
Göyçay rayonunun Birinci-Ərəbcəbirli kəndində yerləşən, Vətən müharibəsi şəhidi Həsən Bayramovun adını daşıyan küçənin sakinləri Metbuat.az-ın bölgə müxbirinə məlumat veriblər.
Onların sözlərinə görə, küçədə uzun müddətdir ki, işıqlandırma sistemi fəaliyyət göstərmir və bu səbəbdən ərazi gecə saatlarında qaranlıq qalır. Sakinlər bildiriblər ki, xüsusilə axşam və gecə saatlarında küçədə hərəkət etmək çətinləşir. Onlar problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsinə müraciət etdik. Bildirildi ki, mövcud problemin aradan qaldırılması hələlik mümkün deyil.
Davud Tarverdiyev / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:231
Bu xəbər 20 İyun 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















