Icma.az
close
up
RU
Şəhidin doğum günündə aiəsi ziyarət edilib FOTOLAR

Şəhidin doğum günündə aiəsi ziyarət edilib FOTOLAR

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində Ağdaş rayon, Xosrov kəndinin İkinci Qarabağ - Vətən Müharibəsi şəhidi Vəliyev Sadiq Ayaz oğlunun doğum gününü şəhid aiəsini ziyarət edərək anıb.

Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığı, ölkəmizin ərazi bütövlüyü və konstitusion suverenliyinin təmin olunduğu vurğulanıb.

Yaşasaydı Sadiqin 24 yaşı tamam olacaqdı. Şəhid Vəliyev Sadiq Ayaz oğlu 19 fevral2001-ci il tarixində Ağdaş rayonunun Xosrov kəndində anadan olmuşdur.

2019-cu ildə aprel çağırışında həqiqi hərbi xidmətə yollanıb. 44 günlük İkinci Qarabağ – Vətən Müharibəsi başlayanda Sadiq hərbi xidmətini başa vurmuşdu, lakin ön cəbhəyə gedərək döyüşlərə qatılmış, qəhrəmanlıqla Suqovuşan, Füzuli, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir.

Sadiq 3 oktyabr 2020-ci il tarixində Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 5 oktyabr 2020-ci il tarixində nəşi böyüyüb boya-başa catdığı Xosrov kənd qəbirsanlığında dəfn edilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Sadiq ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri