Icma.az
close
up
RU
Şəhidin xatirəsinə müsabiqə keçirildi FOTO

Şəhidin xatirəsinə müsabiqə keçirildi FOTO

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzinin ənənəvi layihəsi olan "Dastana Dönən Səs 2" mahnı müsabiqəsi bu il Vətən müharibəsi qəhrəmanı, şəhid Emil Şamilovun əziz xatirəsinə həsr olunaraq keçirildi.

Modern.az xəbər verir ki, tədbir şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməklə və Azərbaycan Respublikasının Dövlət himnini səsləndirməklə başladı.

Müsabiqənin seçim turunda iştirak edən 165 gənc arasından uğurla seçilən 15 gənc iştirakçı öz ifalarını təqdim etdilər. Hər ifadan sonra münsiflər heyəti tərəfindən iştirakçılara peşəkar məsləhətlər və tövsiyələr verildi.

Münsif heyəti qismində Azərbaycan Respublikasının Xalq Artisti Məmməd Səfa Qasımov, bəstəkar və vokalist Qasım Xəlilov və İntiqam Kərimov dəvət olunmuşdur.

Tədbirdə şəhid ailələri, qəhrəman qazilər, millət vəkilləri,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi, təhsil müəssisələrinin rəhbərləri, ictimai mədəniyyət xadimləri, mətbuat işçiləri və gənclər iştirak etmişdir.

Gərgin və maraqlı keçən müsabiqənin nəticələrinə əsasən:

1-ci Yer Rəvanə Vəliyeva
2-ci Yer Fərid Əzizli
3-cü yer Fatimə Hüseynova

İlk üç yeri tutan iştirakçılar Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva  tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. Digər iştirakçılar isə sertifikatlarla təltif olundular.

Sonda fəxri qonaqlarımız, münsiflər heyəti müsabiqə ilə bağlı müsbət rəylərini, təşəkkürlərini, ürək sözlərini bildirərək, gənclər arasında belə müsabiqələrin daha çox keçirilməsini təqdirəlayiq hesab etdilər.

Tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz xanım Babayevə çıxış nitqində gənclərə hər zaman öz diqqət və qayğısını göstərən, onların rifahı yolunda, istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində mütəmadi tədbirlər, maraqlı layihələr həyata keçirən Gənclər və İdman Nazirliyinə, gənclərə hər zaman dəstək olan Cənab Fərid Qayıbova öz dərin minnətdarlığını bildirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri