Icma.az
close
up
RU
Səhiyyə işçilərinin sertifikasiyası ilə bağlı yeni qaydalar

Səhiyyə işçilərinin sertifikasiyası ilə bağlı yeni qaydalar

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Səhiyyə işçilərinin sertifkasiya imtahanı ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Unikal” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək.

Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.

Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur.

Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see309

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see207

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see166

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see151

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see141

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see129

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see128

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see127

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see127

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see126

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see125

Botay Türk dünyasının ortaq mədəniyyəti

15 Avqust 2025 11:15see124

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see124

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see123

30 ildir dondurulmuş

15 Avqust 2025 15:21see123

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

15 Avqust 2025 21:27see121

Bu küçədə aləm bir birinə dəyir: Nişan quraşdırmaq yaddan çıxıb VİDEO

15 Avqust 2025 22:16see119

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see118

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu, borcu var FOTO

15 Avqust 2025 21:12see118

Kişi voleybolçularımız ardıcıl 3 cü dəfə uduzub

15 Avqust 2025 09:11see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri