Səhiyyə naziri Anar Namazovu TƏLTİF ETDİ
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Anar Elxan oğlu Namazov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, sözügedən mükafat səhiyyə sahəsində yüksək peşəkarlıq, çoxillik səmərəli fəaliyyət göstərmiş və xüsusi nailiyyətlər əldə etmiş, o cümlədən 10 il və daha artıq əmək stajı olan tibb işçilərinə verilir.
Məlumat üçün bildirək ki, Anar Namazov 17.05.1983-cü il tarixində Qubadlı rayonunda anadan olub.
O 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəb, 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəb, 1996-2000-ci illərdə isə Dədə Qorqud özəl türk liseyində təhsil alıb.
2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində oxuyub. 2006-2008-ci illərdə Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda Cərrahiyyə üzrə klinik ordinatura keçib.
2008-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında aspirantura keçib və Tibb üzrə fəsləfə doktoru adını qazanıb.
Anar Namazov Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailləlidir, 2 övladı var.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 Yanvar 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















