Səhiyyə Nazirliyi əhaliyə müraciət edib
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
“Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var. 2025-ci ilin cari dövrü ilə müqayisədə bu il 1058 nəfər artım olub”, - o bildirib.
Şöbə müdiri qeyd edib ki, insanlar tibb məntəqəsinə nə qədər tez müraciət etsələr, müalicə və sağalma prosesi o qədər tez baş verər: "Ev şəraitində müalicə kursu heç bir halda həyata keçirilə bilməz. Yalnız həkim nəzarəti altında vaksinasiya prosesi tamamlanmalıdır".
Baxış sayı:137
Bu xəbər 21 Avqust 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















