Icma.az
close
up
RU
Səhiyyə Nazirliyimiz hara baxır?

Səhiyyə Nazirliyimiz hara baxır?

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu günlərdə xarici media orqanlarına verdiyi müsahibədə AXCP sədri Əli Kərimli bir daha anti-milli və ermənipərəst mövqeyini nümayiş etdirib.
Jurnalistin “Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi” sualına cavabında Kərimli “Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur” deməklə əslində hansı səmtdə olduğunu və dəstək verdiyini, daha doğrusu yanların, Nikolun və ermənilərin cinahında - yanında olduğunu təsdiqləmiş olur. 

Onun türk qardaşlarımız demiş “yandaş” olması, yanları tutması birinci dəfə deyil, biz bunun dəfərlərlə şahidi olmuşuq və bəzi qısa xatırlatlamlarla yada salmaq istərdik.
2020-ci ilin iyulunda Tovuz hadisələri zamanı meyitlərini döyüş əməliyyatları gedən ərazilərdə qoyub qaçan və yüzlərlə yaralısını köməksiz buraxan Ermənistan Ordusunun acınacaqlı durumunu Ermənistan Müdafiə Nazirliyinin məlumatlarından da görürdük. Qurumun mətbuat katibi Şuşan Stepanyan “Bz çıxılmaz vəziyyətdəyik. Bizim hərbçilərimiz, əsgərlərimiz ölürlər. Digərləri isə döyüş bölgələrindən qaçırlar” deməklə itkilərinin sayınını hədsiz çox olmasını etiraf edirdi. Əli Kərimli isə həmin vaxt yazırdı ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin verdiyi itkilərilə bağlı dedkləri rəqəmlər    şişirtmədir , həqiqətə uyğun deyil”. 

Yaxud, həmin hadisələr zamanı başqa bir açıqlamasında “Biz bir qarış torpaq almadan şəhid vermişik” deyən Kərimlinin bu fikirləri  topraq uğruna qanı tökülən şəhidlərimizə olan həqarətdir, general Polad Həşimovun ruhuna xəyanətdir. 
O, bununla daha çox erməniliyə xidmət etdiyini biruzə vermiş olurdu.
Digər xatırlatma: Sevinc Osmanqızının yayımına çıxan Əli Kərimli Azərbaycan Müdafiə Nazirliyini “təkzib” edərək yenə də erməni propaqandasının tez-tez xatırlatdığı fikrə istinadən “Azərbaycan Ordusunun  şəhid sayı 4 dən daha çoxdur” deməklə bir daha səmtini müəyyənləşdirir. 

Başqa bir xatırlatma. Şərur rayonunun “Cünnüt” kəndi daxil, on bir min hektar ərazinin Naxçıvan hərbi birləşmələrinin nəzarətinə keçməsi haqda rəsmi məlumat yayılır. Hər an dezinformasiya püskürən Ermənistan Müdafiə Nazirliyi bu hərbi situasiyanın gerçəkliyi qarşısında bəhanə uydurmağa əsaslar tapa bilmir, ancaq AXCP sədri daha oyaq tərpənərək “təkzib edir”. Ə.Kərimli yazırdı ki, “Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”.  

Bu, öz Milli Ordusuna qarşı çıxmaq, milli xəyanət və Ermənistan Müdafiə Nazirliyinin təşviqatına növbəti dəstək idi. Bu, iqtidarlı- müxalifətli, bir nəfər kimi öz mətbuatının (və hakimiyyətinin) yalanına sahib çıxan ermənilərlə birgəliyin əlaməti idi. 
Yeri gəlmişkən, 44 günlük müharibədə və sonrakı dövrdə Azərbaycanda bütün siyasi qüvvələrin iqtidar-müxalifət demədən Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək həmrəylik nümayiş etdirdiyi halda, bu ümummilli həmrəylik halqasına qoşulmayan və daim erməni təşviqatına xidmət edən fikirləri ilə diqqət çəkən AXCP sədri indi “Biz ərazi bütövlüyümüzü bərpa etmişik və Ermənistana qarşı ərazi iddialarımız yoxdur” deməklə növbəti riyakarlığını və saxtakarlığını nümayiş etdirir.
Vaxtilə “Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır” deyən xəstə təxəyyülün bu gün “Rusiyanın Cənubi Qafqazda mövcudluğu vacibdir” fikri aradan ötən 33 ildə eyni zehniyyətin, yarımçıq şüurun təzahürüdür. Bu, eyni zamanda, Zatulinin, Solovyovun tezisnin tirajlanması, Rusiyanın bölgə üçün “vacibliyini” xatırlatmaqla dəyişməyən Kərimlinin mahiyyətini ifadə edir.

Şübhə yoxdur ki, bizim qənaətimiz ondan ibarətdir ki, Azərbaycanın qazandığı sarsılmaz Qələbə və yaratdığı yeni reallıqlar, yanlarla bərabər, Əli Kərimlidə də ciddi travma yaradıb. Bu travmanın və patoloji pozuntuların yaratdığı şiddətli sarsıntılar Kərimlidə son günlər daha kəskin hal almaqla onun sağlamlığına və təxəyyülünə ciddi zərərlər vurur. Belə yerdə adam demək istəyir ki, Səhiyyə Nazirliyimiz hara baxır?


SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri