Səhiyyə Nazirliyində İsveçrənin ölkəmizdəki səfiri ilə görüş keçirilib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Səhiyyə Nazirliyində İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib.
İsveçrənin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu bildirən Teymur Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Tomas Şteli ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulduğunu və bu müddət ərzində İsveçrə və Azərbaycan dövlətləri arasında əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















