Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən Hindistanda yayılan Nipah virusu barədə AÇIQLAMA

Səhiyyə Nazirliyindən Hindistanda yayılan Nipah virusu barədə AÇIQLAMA

Ayna saytına istinadən Icma.az xəbər verir.

“Hindistanda yayılan ölümcül virusa Azərbaycanda yoluxma qeydə alınmayıb”

Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, virus Azərbaycan üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: "Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır. Nipah virusu Paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər. Xəstəliyin inkubasiya dövrü adətən 5–14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır”.

“Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır. Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir. Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur. Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur", - deyə məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri