Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən vacib XƏBƏR

Səhiyyə Nazirliyindən vacib XƏBƏR

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxs dərhal yaxınlıqda olan tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurdurmalıdır”.

Avtosfer.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam həyat” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, quduzluq xəstəliyinə qarşı həm uşaqlara, həm də böyüklərə eyni dozada antirabik vaksin vurulur:

“Tibb müəssisəsində həkim tərəfindən vaksinin istehsalçısı ilə müəyyən edilmiş kursa uyğun müalicə təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Hazırda Respublikada istifadə olunan vaksinə uyğun olaraq şərti müalicə zamanı zərərçəkənə müraciət etdiyi, yəni 0-cı, 3-cü və 7-ci günlərdə antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu və ya məlum olsa belə, lakin 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti kurs zamanı müraciət edilən, yəni 0-cı gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir”.

A.Qurbanova qeyd edib ki, lokalizasiyasından asılı olaraq pasientə antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur: “Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10–14 gün ərzində formalaşır və tam kurs peyvənd aldıqdan sonra insanı 1 il müddətinə qoruyur”.

Qeyd edək ki, Respublika üzrə 2026-cı ilin ilk 8 ayı ərzində 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onlardan 17 492-si məlum heyvanlar (it və pişik), 16 799-u isə naməlum heyvanlar (it, pişik və siçovul) tərəfindən törədilib.

Cari ilin ötən dövrü ərzində insanlar arasında 1 quduzluq hadisəsi qeydə alınıb./publika

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri