Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin tabeliyində olan institut tibb isçisinin şəhadətnaməsini girov saxlayır

Səhiyyə Nazirliyinin tabeliyində olan institut tibb isçisinin şəhadətnaməsini girov saxlayır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Vətəndaş Ramin Abıyev Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun R.Z.Abıyevə məxsus şəhadətnaməsinin girov götürməsindən şikayətçidir. Redaksiyamıza ünvanlanan oxucu məktubunda Ramin Abıyev bildirir ki, sertifikasiya imtahanının keçirilməsinə və buna nəzarət funksiyasını həyata keçirən qurum Səhiyyə Nazirliyidir. Lakin tibb işçisinin sertifikasiya imtahanı verməsini məhdudlaşdıran da elə nazirliyin tabeçiliyində olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudur. Yəni, yenə Səhiyyə Nazirliyidir.

Vətəndaşın şikayətində qeyd edir ki, “Buta Farm” MMC-nin aptekində əczaçı vəzifəsində işləyir. İş yeri sertifikasiya şəhadətnaməsi üçün Səhiyyə Nazirliyinin tabeçiliyində olan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna 26.05.25 - 06.06.25-ci il tarixlər aralığında kursa cəlb edilib. Kursu bitdikdən sonra 3-4 gün ərzində şəhadətnamələr (kursu bitirmək haqqında) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun rəsmi sayıtında yerləşdirilib. Lakin Ramin Abıyevin şəhadətnaməsi sayta yüklənməyib.

Ramin Abıyev məsələni aydınlaşdırmaq üçün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasına və mühasibatlıq şöbəsinə yaxınlaşıb və hər iki yerdən bildirilib ki “Buta Farm” MMC kurs ödənişini (300 azn) həyata keçirmədiyi üçün şəhadətnamə sistemə yüklənməyib: “Yəni ortaya çıxan mənzərə odur ki, mənim şəhadətnaməm girov olaraq saxlanılır. Deməli institut şəhadətnaməni girov saxlamağı qanuni hesab edir. Mən isə bunun qanunsuz olduğunu bildirməklə növbəti sertifikasiya imtahanı vermək hüququmun məhdudlaşdırdığını bildirdim. Nəzərinizə çatdırım ki, bu hal 23 il Səhiyyə Nazirliyinin müavini postunu tutmuş Elsevər Ağayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna Əczaçılıq kafedrasında baş verir. Bu isə çox utancverici bir mənzərədir.”

Ramin Abıyev Səhiyyə Nazirliyinə bəzi suallarının olduğunu deyir:

“1. Tibb işçisinin şəhadətnaməsini tabeçiliyinizdə olan İnstitut hansı qanuna əsasən girov saxlayır? Bu sənədin girov saxladığının qanunsuz olduğunu niyə izah etmirsiz və ya niyə bu günə kimi izah etməmisiz?

2. Tabeçiliyinizdə olan İnstitut, yəni Səhiyyə Nazirliyi tibb işçisinin sertifikasiya imtahanına buraxılmasını hansı qanuna əsasən məhdudlaşdırır? Buna səlahiyyətiniz varmı?

3. Deyək ki, iş yerim həmin 300 manat məbləği İnstitutun hesabına köçürməyib. Bu zaman İnstitut sənədimi girov saxlamaq əvəzinə işlədiyim müəssisədən ödənişi tələb etsin. İşlədiyim müəssisə ödənişi etmirsə Səhiyyə Nazirliyi məhkəməyə müraciət niyə etmir?”

Vətəndaşın şikayətinə hüquqi baxışı hüquqşünas Rahim Abıyev belə verir: “Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun vətəndaşa məxsus şəhadətnamənin girov götürməsi, saxlanması qanunsuzdur. Əgər həqiqətən də işəgötürən 300 manat məbləği köçürmə etməyibsə bu zaman İnstitut mülki qaydada pozulmuş hüququnu MPM-nin 4.1-ci maddəsini rəhbər tutub məhkəmə müstəvisində mübahisələndirməlidir. İnzibati orqan şəhadətnaməsini girov saxlamaqla vətəndaşın sertifikasiya imtahanı verməsi hüququnu məhdudlaşdırıb. İnzibati Xətalar Məcəlləsinə əsasən Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə nəzarət funksiyası cərimə etmə funksiyasına nəzarət Səhiyyə nazirliyi baxır amma vətəndaşın imtahan verməsini də elə Səhiyyə nazirliyi məhdudlaşdırır. Ümumiyyətlə vətəndaşların şikayətlərinə baxdıqda görürürk ki, inzibati orqanlar inzibati icraat haqqında qanununa riayət etmirlər. Bu halda vətəndaşın tək çıxış yolu inzibati orqandan imtina alıb məhkəməyə müraciət etməlidir.”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see231

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see221

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see194

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see170

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see167

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see164

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see143

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see140

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see137

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see129

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri