Icma.az
close
up
RU
Səhiyyə sistemində təhlükəli boşluq: Onlar niyə dərmansız qalır?

Səhiyyə sistemində təhlükəli boşluq: Onlar niyə dərmansız qalır?

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov onkoloji xəstələrin dərman təminatı hələ də lazımi səviyyədə olmadığını diqqətə çatdırıb. Deputat dünyada onkologiyanın artıq ümidsiz diaqnoz sayılmadığını, müasir terapiyaların insanlara illərlə keyfiyyətli həyat verdiyini bildirərək dövlət proqramları çərçivəsində onkoloji xəstələr üçün maliyyə dəstəyinin artırılmasının vacibliyini vurğulayıb.

“Təkcə Azərbaycanda deyil, bütün dünyada onkoloji xəstələrin sayı sürətlə artır. Problem yalnız say  deyil, həm də bu xəstəliyin cavanlaşmasıdır. Son 6 ayda Bakıda aparılan araşdırmanın statistikası onu göstərir ki, əvvəllər ilk sıralarda ürək, qan-damar xəstəlikləri dururdusa, artıq bu sıraya onkoloji xəstəliklər başçılıq edir. Təbii ki, bu zaman bir sıra problemlər ortaya çıxır".

Bunu “Yeni Sabah”a tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Müseyibov deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bütün ağır xəstəliklərdən əziyyət çəkən şəxslər üçün maliyyə ayırır:

"Onkoloji xəstəliklər üçün istifadə olunan dərmanlar xaricdən gəlir və bu məsələdə bir sıra problem ortaya çıxır. İlk növbədə, dərmanların yüksək qiyməti”.

Onkoloq bildirib ki, son illər  İcbari Tibbi Sığorta sistemi onkoloji xəstələrin bəzi müayinələrini öz üzərinə götürüb:

“Əvvəllər bu xəstələrin müayinəsi tibbi sığortaya daxil deyildi. Hazırda bəzi müayinələr sığortaya daxil edilib: Kolonoskopiya (yoğun bağırsaq və düz bağırsağı müayinə edən endoskopik bir prosedurdur), Qastroskopiya (həzm sisteminin yuxarı hissəsi də adlandırıla bilən boğaz, yemək borusu və mədənin içini müayinə etmək üçün edilən bir prosedurdur), MRT müayinəsi, KT müayinəsi və digər laborotor müayinələr.

Çatışmayan cəhət onkoloji xəstəliklərin müalicəsi, digər xəstəliklərdən fərqli olaraq, yalnız bir cərrahi əməliyyatla məhdudlaşmır. Şişin ölçüsü və dərəcəsi nəzərə alınır və müalicə buna uyğun planlaşdırılır. Əgər şiş böyükdürsə, əvvəlcə kimyaterapiya aparılır, sonra cərrahi əməliyyat həyata keçirilir, daha sonra isə yenidən kimyaterapiya və şüa müalicəsi tətbiq olunur”.

Fərid Müseyibov qeyd edib ki, MRT və KT müayinələri bəzi hallarda kifayət etmir və PET/KT müayinəsinə ehtiyac yaranır. Bundan əlavə, vaxtında aşkarlanan xəstəlik həm müalicənin effektivliyini artırır, həm də xərcləri azaldır:

“Xəstə sayı kifayət qədər çoxdur və onkoloji xəstəliklərin cavanlaşması ilə əlaqədar əsas problem ondan ibarətdir ki, xəstəlik nə qədər tez aşkarlanarsa və vaxtında müdaxilə edilərsə, pasiyent üçün bir o qədər faydalı olur. Bu həm müalicənin effektivliyini artırır, həm də tibbi müayinələrin qiymətinin daha aşağı olması baxımından üstünlük yaradır.

Dərmanların və müayinələrin qiyməti kifayət qədər yüksəkdir. Onkoloji xəstəliklər, digər xəstəliklərdən fərqli olaraq, yalnız qan analizi, laborator müayinələr, ultrasəs və rentgen kimi ilkin müayinələrlə müəyyən edilə bilmir. Bu xəstəliklərin dəqiq diaqnozu üçün MRT və kompüter tomoqrafiyası müayinələri tələb olunur. Ehtiyac yarandığı halda PET/KT müayinəsi də tətbiq edilir. Bu müayinə metodu vasitəsilə yalnız ilkin diaqnoz qoyulmur, həmçinin xəstəliyin inkişaf dərəcəsi, yerli və uzaq metastazların olub-olmaması da qiymətləndirilə bilir.

Əvvəllər PET/KT müayinəsi ölkəmizdə mövcud deyildi, lakin artıq Milli Onkologiya Mərkəzində bu müayinə həyata keçirilir. Ümid edirik ki, yaxın zamanda digər klinikalarda da bu müayinə tətbiq olunar”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri