Icma.az
close
up
RU
Səhiyyə sistemindəki bu problem diqqət çəkdi Nə baş verib? KONKRET

Səhiyyə sistemindəki bu problem diqqət çəkdi Nə baş verib? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təcili yardım həkimi olaraq kəskin insult (beyin qan dövranı pozğunluğu) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya etdim. Xəstəxanadakı növbətçi həkim bizə “xəstəni o biri korpusa aparın, Beyin MRT-si etdirin” dedi. Müayinə olundu və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”

​Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1.9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyat qurtarmaq üçün cəmi 4.5 saatlıq bir “terapevtik pəncərə” var. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək, onu birbaşa əlilliyə və ya ölümə tərk etmək deməkdir.

​Bəs doğrusu nədir? (Beynəlxalq Protokol nə deyir?)

Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya girən andan etibarən ilk addım olaraq MRT yox, kontrastsız beyin KT-si (kompüter tomoqrafiyası) olunmalıdır!

​Niyə KT?

Sürət: KT müayinəsi cəmi 2-3 dəqiqə çəkir, MRT isə 25-30 dəqiqə (kəskin xəstə üçün bu böyük vaxtdır).

Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü görmək yox, xəstəyə tromb əridici müalicə vermək üçün əks-göstəriş olan qanaxmanı (Hemorragiyanı) istisna etməkdir. KT qanaxmanı təyin etmək üçün qızıl standardır.

Mütəxəssis asılılığı yoxdur: KT-də qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilir. MRT-ni oxumaq isə mütəxəssis tələb edir (və bizim keysdəki kimi xəstə ortada qalır).

​”MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan böyük bir xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gələn insult xəstəsi birbaşa və təcili olaraq KT-yə yönləndirilməlidir!

Pərvanə Fətullayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri