Icma.az
close
up
RU
Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?

Səhiyyə Sovet dönəminə qayıdır: Təyinat veriləcək?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var və bununla bağlı müvafiq təkliflər hazırlanır”.

Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazirlik rəsmisi bildirib ki, rezidenturada qəbul yerlərinin sayının baza tibb təhsili alanların sayına bərabərləşdirilməsi üçün işlər görülür:

“Bütün baza tibb təhsili alan məzunlar rezidentura təhsili almalıdır, çünki bu, onların haqqıdır".

Təranə Əhmədova eyni zamanda ailə həkimlərinin bölgələrdə işlə təmin edilməsi prosesinin yaxşılaşdırılması üçün təkliflər hazırlandığını da diqqətə çatdırıb: 

"Bundan əlavə, yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var, müvafiq təkliflər hazırlanır".

65 yaşı tamam olan tibb işçiləri ilə bağlanan əmək müqavilələrinin müddətinin uzadılması məsələsinə gəlincə, şöbə müdirinin müavini xatırladıb ki, qanunvericiliyə görə peşəkarlıq nəzərə alınmaqla xüsusilə kadr çatışmazlığı olan yerlərdə ehtiyac olduğu halda həmin şəxslərin müqavilələri 1 il müddətinə uzadılır. 

O, həmçinin tibb işçilərinin sertifikasiya suallarının çətinlik dərəcəsinə görə orta səviyyədə olacağını deyib:

“Səhiyyə Nazirliyi kredit ballarının toplanması və hesablanmasına dair tələblər hazırlayır. Tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artıra biləcəklər”.Qeyd edək ki, bu gün həkimlərin əksəriyyəti Bakıda fəaliyyət göstərən xəstəxanalarda çalışırlar.

Rayonların əksəriyyətində isə həkim çatışmazlığı müşahidə olunur. Hətta bəzi kəndlərdə bir zamanlar mövcud olmuş tibb məntəqələri belə, hazırda həkim çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Bildirək ki, Sovet dövründə ölkənin bütün ərazisindəki xəstəxanalarda həkim potensialı yüksək səviyyədə idi və həkimlər təyinat əsasında fəaliyyət göstərirdilər.

Hazırda bölgələrdə həkim çatışmazlığı ilə bağlı təyinat sistemi yenidən bərpa oluna bilərmi?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”-a bildirib ki, əslində məcburi təyinat Sovet dövründə olub, çünki planlı təsərrüfat idi: 

“İndi bu sistem tamamilə dəyişib. İnsanlar iş yerlərini öz arzuları ilə seçirlər və ona uyğun da fəaliyyət göstərirlər. Yəni insanların iş yerlərinin mərkəzdə paylanması xüsusilə bu işin prestijinə bağlıdır.

Çünki şəhərdə tibbi fəaliyyət və həyat səviyyəsi, sosial müdafiə imkanları kəndlərdən yüksək olduğuna görə hamı şəhərə gəlir. Ona görə də tibb işçilərinin düzgün paylanması üçün səhiyyə gərək bütün regionlarda bir-birinə yaxın səviyyədə olsun.

Bu istiqamətdə Tükiyəni misal göstərmək olar. Yaxşı olacağı təqdirdə fərqi yoxdur ki, insan harada işləyir. Gedib çox böyük məmnuniyyətlə rayonda da işləyə bilər. Məcburi şəkildə, zorakılıqla bu iş həllini tapmayacaq. 

Çünki indi həkimlərin imkanı var ki, gedib xaricdə işləsinlər. Almaniyada, Avropanın bəzi ölkələrində, qardaş Türkiyədə işləmək üçün şərait var. Gedib imtahan verib işləyirlər.

Bizim tələbələrin də böyük əksəriyyəti oraya axışır. Hesab edirəm ki, məcburi, planlı hansısa qaydalardansa, bu məsələni daha çox maraqlar səviyyəsində həll etmək daha məqsədəuyğun olardı”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: həkim çatışmazlığı tətinat Adil Qeybulla

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri