Icma.az
close
up
RU
“Səhiyyəçi rəssamlar” adlı rəsm sərgisi açılıb... YENİLƏNİB/FOTOLAR

“Səhiyyəçi rəssamlar” adlı rəsm sərgisi açılıb... YENİLƏNİB/FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Aprelin 11-də Bakı Yunus Əmrə İnstitutunda Ankara Bilkent Şəhər Xəstəxanası əməkdaşlarının xəstəxananın Moral Sənət Emalatxanasında hazırladıqları əsərlərdən ibarət “Səhiyyəçi rəssamlar" adlı rəsm sərgisi açılıb.

SİA xəbər verir ki, sərgidə Anadolu mədəniyyətini, təbiətini və insan həyatını əks etdirən rəngarəng kompozisiyalar nümayiş etdirilib.

Ankara Bilkent Universitetinin tibb bacısı, rəssam Səma Efe çıxışı zamanı 35 yaşında xərçəng xəstəliyinə tutulduğunu, bu xəstəliklə mübarizə apararkən rəsm kurslarına getməyə başladığını və beləcə rəsmin onun həyatının bir parçasına çevrildiyini bildirib.

“İş saatından sonra bir yerə toplanıb rəsmlər çəkirik. Bu rəsmləri yaratdıqdan sonra isə Anadolu mədəniyyətimizi səhiyyə işçilərinin fırçaları vasitəsilə bütün dünyaya tanıtmaq kimi əsas məqsədimiz olan işi görürük. İndiyə qədər bir çox ölkəyə səfər etmişik, 50-100 nəfərlik qruplarla davamlı olaraq gedib sərgilər açırıq. Bu gün burada 40-a yaxın rəsm əsəri nümayiş etdirilir”, - deyə S.Efe qeyd edib.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında musiqi, rəqs və idmanın universal xarakter daşıdığını və insanları bir araya gətirmək gücünə malik olduğunu bildirib. Onun sözlərinə görə, bunları daha da mənalı edən şey bizim öz ənənələrimizdə, mədəniyyətimizdə, insani dəyərlərimizdə axtarıb tapdığımız və dünyaya təqdim etdiyimiz elementlərdir.

“Sənətə, musiqiyə, ədəbiyyata və mədəniyyətə baxanda Bakı həqiqətən də çox gözəl bir məkandır. Burada hər sahədə çox uğurlu rəssamlar, musiqiçilər var. Çox canlı bir mədəniyyət həyatı mövcuddur. Bu səbəbdən burada olmaq çox qiymətlidir”, - deyə səfir diqqətə çatdırıb.

Daha sonra sərgiyə baxış keçirilib.

Sərgilənən əsərlərdə Azərbaycana aid motivlər və elementlər də yer alıb. Rəssamlar iki ölkənin ortaq mədəniyyətini və ənənələrini birləşdirərək, həm Anadolu, həm də Azərbaycan təbiətinin gözəlliklərini, adət-ənənələrini və folklorunu izah edən kompozisiyalar da hazırlayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri