Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?

Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi tibbin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu hadisə təkcə səhiyyə sistemimiz üçün deyil, həm də cəmiyyətin etik, hüquqi və sosial dəyərləri baxımından yeni düşüncə tərzinin formalaşması deməkdir. Lakin bu uğurlu təcrübə bir sıra yeni məsələlərin və təkmilləşdirilməsinə ehtiyac duyulan istiqamətlərin gündəmə gəlməsinə səbəb olub.
Bəs, görəsən, bu yöndə hansı addımların atılmasına ehtiyac var? Əsas problemlər nədən ibarətdir?
Bizim.Media
mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Mütəxəssislərin fikrincə, meyitdən orqan nəqli sahəsində real irəliləyiş əldə etmək üçün təkcə tibbi bacarıqlar deyil, həm də hüquqi mexanizmlərin təkmilləşdirilməsi, etik prinsiplərin qorunması və ictimai maarifləndirmə işinin gücləndirilməsi zəruridir.
500-dən çox insan ölümündən sonra donor olmaq istəyir
Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun 2009-cu ildə qüvvəyə minib. Həmin ildən indiyədək ölümündən sonra könüllü donor olmaq istəyənlərin sayı 544 nəfərə çatıb. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında ölkədə 203 orqan köçürməsi icra olunub.
Ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb. Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz qişa transplantasiyası üzrə 85 əməliyyat aparılıb. Onlardan biri uşaq, 84-ü böyüklərdə icra olunub. Ən az icra olunan sümük iliyi transplantasiyası üzrə isə 22 əməliyyat baş tutub. Onlardan 21-i uşaq, biri isə böyüklərdə icra olunub.
Minlərlə xəstə orqan nəqli gözləyir
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirir ki, 2008-ci ilin dekabrından indiyədək onların komandası 1500-ə yaxın insan üzərində böyrək və qaraciyər transplantasiyası həyata keçirib. Lakin bu ilin fevral ayının 6-da regionda və Qafqazda ilk dəfə meyit orqanlarından istifadə olunaraq qaraciyər transplantasiyası icra edilib. Bu günə qədər altı beyin ölümü baş vermiş insandan orqanlar alınaraq qaraciyər, böyrək və gözün buynuz qişası transplantasiyası reallaşıb.
Həkim qeyd edir ki, bu, Azərbaycan səhiyyəsində yeni bir mərhələnin başlanğıcıdır: "Beyin ölümü baş vermiş insanlardan orqan transplantasiyası orqan çatışmazlığından əziyyət çəkən minlərlə insanın sağlamlığına qovuşması üçün həyati əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, qeyd etdiyim 1500-ə yaxın əməliyyat qaraciyər və böyrək transplantasiyasıdır. Amma canlı donor şansı olmayan ürək, ağciyər, mədəaltı vəzi kimi orqanların, gözün buynuz qişası kimi üzvlərin transplantasiyasına yalnız meyit orqanları lazımdır. Eyni zamanda, qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən minlərlə insan var ki, onların canlı donorları praktiki, tibbi olaraq yoxdur. Onlar orqan çatışmazlığından əziyyət çəkirlər".
Donorluq razılığı üçün üç vacib prinsip
 

Mircəlal Kazımi donorların tibbi və şəxsi məlumatlarının məxfiliyinin qorunduğunu da diqqətə çatdırır:


"Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin koordinatorları bu işlə məşğuldur. Mənim özümdə də donorların kimliyi haqqında məlumat yoxdur. Bu, məxfidir. Donorluq üçün müraciət elektron qaydada Asan İmza vasitəsilə aparılır".
Həkim Azərbaycanda donorluq razılığının üç prinsipini də açıqlayıb:
"Birincisi, şəxs sağlığında razılığını rəsmi şəkildə bəyan edərsə, beyin ölümü baş verdikdən sonra orqanların alınması üçün əlavə icazəyə ehtiyac olmur. İkincisi, şəxs orqanını bağışlamayacağını rəsmi şəkildə bəyan edərsə, beyin ölümü baş verdikdə ailəsi orqanları bağışlasa belə, orqanlar alınmır. Üçüncüsü, əgər şəxs sağlığında heç bir bəyanat verməyibsə, həmin şəxsin ailəsindən icazə alınır. Bu qaydalar ölkəmizdə müvafiq qanunvericiliklə tənzimlənir".

Bəzi hüquqi detallar tam təkmilləşməyib
 

Mərkəzi Klinik Xəstəxananın Orqan və Toxumaların transplantasiyası şöbəsinin həkimi Tariyel Nadirovun sözlərinə görə, orqan transplantasiyası tibbin ən son nailiyyətlərindən biridir:


"Bu əməliyyatlar iki mənbədən icra olunur: canlı donor və meyitdən orqan köçürülməsi. Meyitdən transplantasiya zamanı yalnız beyin ölümü baş vermiş şəxslərin orqanları götürülür. Komaya düşmüş və ya bitkisəl vəziyyətdə olan xəstələrlə bu proses qarışdırılmamalıdır, çünki beyin ölümü geri dönüşü mümkün olmayan bioloji ölüm hesab olunur".
Həkim deyir ki, bu sahədə etik və hüquqi məsələlər xüsusi önəm daşıyır:
"Meyitdən orqan götürülməsi üçün ən vacib şərt donorun razılığıdır. Eyni zamanda, hüquqi məsələlər də diqqətdən kənarda qala bilməz. Azərbaycanda orqan nəqli ilə bağlı qanunvericilik mövcuddur, lakin bəzi detalları hələ tam həll edilməyib. Bunlar arasında beyin ölümünün hüquqi statusunun aydınlaşdırılması, donor razılığının kim tərəfindən və necə təsdiq olunması, orqanların paylanması sistemində şəffaflıq və ədalətlilik prinsiplərinin qorunması və s. məsələlər yer alır".
 

Mütəxəssis onu da qeyd edir ki, meyitdən orqan nəqli tibbi baxımdan son dərəcə mürəkkəb prosesdir. Əsas faktorlar orqan, toxuma və qan qrupu uyğunluğudur ki, bunlar transplantasiyanın uğuruna birbaşa təsir edir:


"Burada zaman da böyük rol oynayır. Qaraciyər üçün 12 saat, böyrək üçün 24 saat, ürək üçün isə yalnız altı saat ərzində köçürülmə həyata keçirilməlidir".
Maarifləndirmə tədbirlərinə ehtiyac var
 

T.Nadirovun fikrincə, mövcud problemlərin həlli üçün ən vacib addım cəmiyyətin maarifləndirilməsidir:


"İnsanlara orqan nəqlinin həyatı necə xilas etdiyini izah etmək lazımdır. Dini baxımdan da orqan donorluğu vacibdir. İslamda bir insanın digərinə həyat bağışlaması böyük savab hesab olunur. Bununla paralel qanunvericilik də təkmilləşdirilməli, beyin ölümü anlayışı və donor razılığı ilə bağlı hüquqi mexanizmlər aydın şəkildə müəyyən edilməlidir. Ümumilikdə, dini liderlərin dəstəyi, tibb sisteminin gücləndirilməsi və milli donor reyestrinin yaradılması problemlərin həllində önəmli rol oynayır".
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see134

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri