Icma.az
close
up
RU
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün instaqramım bağlandı”

“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün instaqramım bağlandı”

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.

Axşam.az xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib.

Jurnalist bildirib ki, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücum olub. Bu səbəbdən paylaşımlarını müvəqqəti olaraq feysbuk üzərindən edəcək.

Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi.

seeBaxış sayı:89
embedMənbə:https://axsam.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri