Icma.az
close
up
RU
“Səhiyyənin bu səviyyəyə çatmasında Heydər Əliyevin rolu əvəzsizdir” Kamran Musayev

“Səhiyyənin bu səviyyəyə çatmasında Heydər Əliyevin rolu əvəzsizdir” Kamran Musayev

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bu Konqresin ən vacib xüsusiyyətlərindən biri onun hər il may ayında keçirilməsi və ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Ürək Günləri" 9-cu Beynəlxalq Konqresində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev deyib.

Kamran Musayev çıxışında qeyd edib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində ciddi addımlar 2001-ci ildən etibarən Mərkəzi Klinik Xəstəxanada atılmağa başlanılıb. İlk illərdə bu sahədə diaqnostik, invaziv və açıq ürək əməliyyatlarının mərhələli şəkildə tətbiq olunduğunu vurğulayan Musayev bildirib:

“Azərbaycanın son illərdəki sürətli inkişafı nəticəsində bu gün yalnız paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 20-yə yaxın mərkəzdə açıq ürək əməliyyatları icra olunur. Ən sevindirici məqam odur ki, artıq bölgələrdə də ürək-damar mərkəzləri fəaliyyətə başlayıb və həmin bölgələrdən olan həmkarlarımızı bu Konqresdə görməkdən qürur duyuram.”

O, bu nailiyyətlərin Azərbaycan səhiyyəsinin, xüsusilə də ürək-damar sahəsinin son 25 ildə keçdiyi inkişaf yolunu aydın şəkildə ortaya qoyduğunu bildirib:

“Bu səbəbdən də, bu sahənin inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu Konqres artıq gözəl bir ənənəyə çevrilmişdir.”

Kamran Musayev gənc nəsilin bu sahədə eyni əzm və qətiyyətlə irəliləyəcəyinə inandığını ifadə edib və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Biz ürək-damar həkimləri olaraq insanların sağlamlığı üçün çalışırıq. Amma bu gün artıq Azərbaycan xalqının yaralı ürəyi — Qarabağ Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə sağaldılıb. Biz bu Konqresdə suveren, müstəqil və qalib Azərbaycanın vətəndaşları kimi çıxış edirik.”

O, Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqətin və Konqres iştirakçılarına ünvanladığı xoş sözlərin bütün ürək-damar mütəxəssisləri üçün böyük qiymət və stimul olduğunu bildirib:

“Bu, ürək-damar xəstəlikləri ilə mübarizə aparan bütün Azərbaycan həkimlərinə verilən yüksək dəyərin göstəricisidir. Burada iştirak edən hər kəs adından möhtərəm cənab Prezidentə dərin təşəkkürümü bildirirəm".

Mina Mikayılova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 May 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see161

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri