Icma.az
close
up
RU
Səhiyyənin xərçəng dərdi: Dövlət onkoloji xəstələrə yardım etməyəcək?

Səhiyyənin xərçəng dərdi: Dövlət onkoloji xəstələrə yardım etməyəcək?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son dövrlər onkoloji xəstəliklərin sayı getdikcə artır və bu sahədə vətəndaşların üzləşdiyi çətinliklər ciddi narahatlıq doğurur. 

Bu gün Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi müzakirələri zamanı çıxış edən Səhiyyə komitəsi sədrinin müavini, tanınmış kardioloq Rəşad Mahmudov vətəndaşların üzləşdiyi ciddi problemlərdən birini gündəmə gətirib. O bildirib ki, onkoloji xəstələrin müalicəsinə diqqət yetirilməlidir:

“İnsan həyatını qorumaq büdcədəki hər bir rəqəmdən daha önəmlidir. Onkoloji xəstələrimizin müalicəsi, dərman təminatı və mövcud mərkəzlərin effektiv fəaliyyəti üçün daha güclü dəstək həyati zərurətdir”.

Səhiyyə Nazirliyinin statistikasına görə, 2023-cü ildə qeydiyyatda olan xəstələrin sayı 69 435 nəfər, 2024-cü ildə isə 73 875 nəfərə çatıb.2023-cü ildə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 13 666, 2024-cü ildə isə 15 164 nəfər olub. Bu göstəricilər kişilər və qadınlar arasında fərqlidir - 2024-cü ildə 8 051 qadın və 7 113 kişi ilk dəfə xərçəng diaqnozu alıb.

Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığortaya daxil olmadığı üçün dövlət büdcəsindən ayrılan vəsait xəstələrin sayı və dərman preparatlarının yüksək qiymətləri nəzərə alındıqda kifayət etmir.

Nəticədə bir çox xəstə müalicəni yalnız öz şəxsi imkanları ilə həyata keçirməli olur ki, bu da vətəndaşaların üzərinə ağır maddi yük qoyur.Son illərdə onkoloji xəstəliklərin artmasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən fitoteropevt Fuad Mahmudov bildirib ki, onkoloji xəstəliklərin bütün növləri sürətlə artır:

“Azərbaycanda onkoloji xəstəlik dəhşətli bəlaya çevrilib. İstər beyin, istər bağırsaq, mədə, qaraciyər daxil bütün orqanlarda onkoloji xəstəliklər yayılır. Müalicə məsələsinə diqqət yetirilməlidir, amma dərmanlar və müayinələr çox bahadır.

Rayonlarda yaşayan insanlar müalicə ala bilmir, çünki orada onkoloji mərkəzlər yoxdur. Uzun yol gəlib Bakıda müalicə almaq isə çox bahalıdır və sığorta ilə də mümkün deyil. Bütün bunlar insanların həyatına ciddi təsir edir. Etiraf etmək lazımdır ki, onkoloji xəstəliklərin bir qisminin müalicəsi istər müasir metodlarla, istərsə də xalq təbabəti ilə mümkün deyil. Sadəcə yüngülləşdirici üsullar mövcuddur. Bu üsullardan biri bitkilərlə müalicədir və ucuz başa gələ bilər. Amma bütün sahələrdə olduğu kimi, burada da fırdaqcı insanlar var.

Prosesslərdən xəbərsiz olan insanlar bəzən internetdə gördüklərinə inanır və həmin şəxsin bitkilərlə müalicə etdiyini düşünür”.Onun sözlərinə görə, onkoloji xəstəliklərin yaranmasında qidaların keyfiyyəti də böyük rol oynayır:

“İstər yağlar, istər ət məhsulların, istərsə də digər məhsulların hamısının üzərində “Halal” standartı yazılır. Sovet dövründə belə söhbət yox idi, son illər isə bu anlayış peyda olub və bəzən hiylə və fırıldağa yol açır.

Əgər məhsul təbiidirsə, onun üzərinə halal qeyd etmək lazımdır. Halal söhbəti bəzən anlaşılmazlıq yaradır. Kolbasa, sosiska və digər məhsulların vəziyyəti şübhəlidir. Cavan insanlar bunu gec hiss edir, amma yaşlılar bu cür qidaları həzm edə bilmir”.

Həkim qeyd edib ki, bu gün ərzaq sahəsində keyfiyyətlə bağlı ciddi problemlər mövcuddur və buna görə də xəstəliklər baş alıb gedir:

“Gündəlik həyatda kütləvi zəhərlənmə hallarına rast gəlirik, bəzi rayonlarda neçə  nəfərin zəhərlənmə baş verdiyi barədə xəbərlər alırıq. Buna ciddi nəzarət lazımdır.  Elə içdiyimiz sudan danışaq, son illərdə filtr sistemləri ilə su bir qədər təmizlənir.

Amma bəzi yerlərdə təbii bulaq suyu doldurub satırlar. Filtr sistemi suyun tərkibindəki lazım olan elementləri də təmizləyə bilər, hansı elementlərin saxlanılması və hansıların çıxarılması lazım olduğunu bilmək çətindir. Yağış suyu isə keyfiyyətli hesab edilir. Bütün bu sahələrdə ciddi nəzarət tələb olunur”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Səhiyyə onkoloji xəstələr Fuad Mahmudov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri