Icma.az
close
up
RU
“Səhnə əkizi” kiçik qardaş

“Səhnə əkizi” kiçik qardaş

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cəfər Namiq Kamal – 75

Yubileyi ilə bağlı haqqında söhbət açmaq istədiyimiz Cəfər Namiq Kamalı qardaşı İlham Namiq Kamalla eyni sənət yolunun “qoşa relsi” saymaq olar. Bu cür düşünməyimizə, bəlkə də, böyük Məmməd Arazın misraları vəsilə olub:

İki ömür yolu – bir dəmir yolu,
Bizimçün qurulub bu dayanacaq.
Nə sənin mənim tək duyanın olub,
Nə məni sənin tək duyan olacaq...

Hər iki qardaşın taleyinə tanınmış tetr xadimi, Xalq artisti, xalqın sevimlisi olmaq düşüb ki, bu da hər ailədə baş verən analogiya deyil. İllərin necə sürətlə gəlib-getdiyini sezməyən 75 yaşlı Cəfər Namiq Kamal oğlu Əhmədov 1950-ci il avqustun 17-də – qardaşı İlhamdan ilyarım sonra dünyaya göz açıb. Maraqlı burasıdır ki, yaşca kiçik olsa da, İlhamı teatra ilk dəfə məhz o aparıb. Pionerlər sarayında birgə oynadıqları personajlarla – Həsən və Hüseyn olaraq sənətə gəliblər.

Onun uşaqlıq xatirələrindən: “Biz dil açan gündən evin içində səhnəciklər qururduq. Aktyor olmaq sanki alın yazımız idi. Qonaq gələndə sevinirdik ki, yemək bitəndən sonra biz onlara bədii hissəni təqdim edəcəyik. İlk mən çıxdım bu yola, daha sonra İlhamı da özümlə apardım. O vaxtı siniflərə gəlib həvəskar aktyorlar yığırdılar. Bütün sinif mənim adımı verdi. Beləliklə seçildim. İlk rolum da internat uşağını oynamaq oldu. Digər rol üçün uşaq tapılmırdı. Dedim ki, evdə qardaşım var. Dedilər, o da gəlsin. Səhər əl-ələ tutduq, getdik. O gündən sonra bu sənətdə birlikdə addımladıq”.

Bu barədə İlham Namiq Kamal da öz kitabında yazıb. Cəfər Namiq Kamal İlham Namiq Kamalla fəxr edir, ondan ilham alır. Qardaşı da eləcə. Araları saz olmasaydı, hər ikisi Namiq Kamal təxəllüsünü götürməzdi ki...

O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1972-ci ildən Gənc Tamaşaçılar teatrında aktyor işləyən Cəfər Əhmədov tamaşalarda oynadığı bir sıra rolları ilə seyrçilərin rəğbətini qazanıb. Bu sıraya Rəcəb (“Şirinbala bal yığır”, S.Qədirzadə), Elçi (“Bir parça Vətən”, F.Sadıq), Qasid (“Rüstəm və Zöhrab”, İ.Coşqun), Aparıcı (“Şəhidlər”, B.Vahabzadə), Uçitel Həsənov (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə), Qaçay bəy (“Qonşu qonşu olsa, kor qız ərə gedər” R.Əfəndiyev) və s. aiddir.

Cəfər Namiq Kamal 1996-cı ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul olunub və bu teatrın səhnəsində Eynşteyn (“Ah, Paris…Paris!..”, Elçin), 2-ci Tiqran (“Pompeyin Qafqaza yürüşü”, N. Həsənzadə), Ədhəm Tağıyev (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Ədəbi işçi (“Mənim sevimli dəlim”, Elçin), Dost (“Mənim ərim dəlidir”, Elçin), Vəzir Mirzə Həbib (“Lənkəran xanının vəziri”, M.F.Axundov), Xəlil (“Poçt şöbəsində xəyal”, Elçin), Kamran Qızılsəs (“Köhnə ev”, Ə.Əmirli), Qulaməli (“Bu dünyanın adamları”, Hidayət), Gülməyən Adam (“Hərənin öz payı”, X.Qoca), Şeyx Əhməd (“Ölülər”, C.Məmmədquluzadə), Şahzadə (“Xurşidbanu Nətavan”, İ.Əfəndiyev), General (“Generalın son əmri”, V.Səmədoğlu), Əmirqulu (“Yaşar”, C.Cabbarlı) kimi rolları canlandırıb.

Aktyor eləcə də “Qız atası”, “Anamın kitabı”, “Duel”, “Yurd yeri” teletamaşalarında oynayıb. Bəzən bir jesti, bir sözü, eyhamı ilə zalda xoş ovqat yaradıb. 20-dən artıq filmdə çəkilməsi isə onun həm də ekran ustası olduğunu göstərir.

Sənətçi mətnə kolorit gətirən əlavələri barədə deyir: “Mən mətnə çox əlavələr edirəm. Amma məntiqli əlavələr edirəm. Aktyorun obraza qatdığı şirinliyi heç bir dramaturq, ssenarist qata bilməz. İxtisar da edirəm. Artıq, fikri yayındıran xətləri ixtisar edirəm”. Rejissorlar onun yüksək zövqünə inanırlar deyə, əlavələrinə “göz yumurlar”.

İndi yay tətili olduğu üçün, Cəfər Namiq Kamal 75 illik yubileyini bir qədər əvvəl səhnədə qeyd edib. Həmin gün Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşası premyerası benefis kimi keçirilib. Tamaşadan sonrakı çıxışlarda Anton Antonoviç Skvoznik rolunu oynayan yubilyarın haqqında xoş sözlər söylənib. Ona Akademik Milli Dram Teatrının “Milli Teatr Mükafatı” və Teatr Xadimləri İttifaqının “Teatr xadimi” qızıl medalı təqdim olunub.

Daha sonra Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Cəfər Namiq Kamala həsr edilmiş “Maşallah, 75 də gəldi” adlı yubiley tədbiri də keçirilib və yaddaqalan olub. Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimləri Məryəm Əlizadə,

İlham Rəhimli, teatrşünas Çingiz Ələsgərli, telejurnalist-dramaturq Ülviyyə Heydərova və başqaları Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, teatr səhnəsində yaratdığı obrazlardan, xarakterindəki çoxsaylı müsbət keyfiyyətlərdən danışıblar. Çıxışlararası sənətkarın həyat və yaradıcılığını əks etdirən videogörüntülər nümayiş olunub.

Tanınmış aktyor 2013-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. Eyni zamanda Prezident mükafatçısı və fərdi təqaüdçüdür.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri