Səhnədə fanatını öpməyi tənqid olundu
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhur müğənni Enrike İqlesias sosial şəbəkələrdə konsert zamanı bir pərəstişkarı ilə öpüşdüyü arxiv videosunu paylaşıb.
OLAY yazır ki, izləyicilər bu paylaşımı həyat yoldaşı Anna Kurnikovaya qarşı hörmətsizlik kimi qiymətləndirərək onu tənqid ediblər.
51 yaşlı İqlesias 2022-ci ildə keçirilən konsertindən bir görüntü yayımlayıb. Videoda o, bir qadın pərəstişkarı ilə öpüşür. Həmin kadrlar vaxtilə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çünki çəkiliş zamanı İqlesias və Anna Kurnikova uzun müddətdir birlikdə idilər və artıq üç övladları vardı.
İndi isə sosial media istifadəçiləri müğənninin həmin qalmaqallı görüntüləri yenidən paylaşmasına etiraz edirlər. Onların fikrincə, Anna Kurnikovanın yaxın zamanda dördüncü dəfə ana olmasından sonra bu videonun yenidən gündəmə gətirilməsi uyğun addım deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















