Icma.az
close
up
RU
Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı Video

Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Kann Film Festivalında keçirilən “Sürətli və Qəzəbli” franşizasının 25 illiyinə həsr olunan xüsusi nümayiş emosional anlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən məşhur aktyor Vin Dizel mərhum dostu Pol Uoker və onun qızı Medou Uoker haqqında duyğusal fikirlər səsləndirib.

Aktrisalar Mişel Rodriqes və Jordana Brusterlə birlikdə tədbirə qatılan Medou gecənin ən diqqətçəkən simalarından biri olub.

Vin Dizel çıxışı zamanı Pol Uokerlə aralarındakı dostluq və “ailə bağlarının” illər keçsə də, dəyişmədiyini bildirib: “Bu qardaşlığı təmsil etmək üçün məni tək qoymayan insan Medou Uoker oldu”.

Aktyor daha sonra Medounun ona dediyi sözləri paylaşarkən kövrəlib: “Medou mənə dedi ki, “mənim indi 27 yaşım var. Atam da ilk filmi çəkəndə 27 yaşında idi”. Bu, həqiqətən, çox dərin hissdir”.

Dizel çıxışında Medounun bütün aktyor heyəti üçün “güc mənbəyi” olduğunu da vurğulayıb: “Pol səninlə fəxr edərdi”.

“Həyatında Pol kimi bir qardaşın olmalıdır. Başlanğıcda ssenaridə bu sarışın, mavi gözlü adamın mənim qardaşım olacağı yazılmamışdı…”, - o əlavə edib.

Çıxışın sonunda Vin Dizel və Medou Uoker səhnədə qucaqlaşaraq duyğusal anlar yaşayıblar.

Qeyd edək ki, Pol Uoker 2013-cü ildə avtomobil qəzasında 40 yaşında həyatını itirib. Aktyor “Qəzəbli 7” filminin çəkilişlərini tamamlaya bilməmiş, qalan səhnələrdə isə qardaşları dublyor kimi iştirak etmişdi.

Atasının ölümündən sonra Medou Uoker onun adını daşıyan fond vasitəsilə fəaliyyətini davam etdirir. O, həmçinin 2023-cü ildə yayımlanan “Sürətli X” filmində qısa rol alaraq aktyorluq debütünü edib.

Vin Dizel hazırda franşizanın final filmi kimi təqdim olunan “Əbədi Sürətli” layihəsi üzərində işlərin davam etdiyini və filmin 2028-ci ildə təqdim olunmasının planlaşdırıldığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 May 2026 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri