Icma.az
close
up
RU
Səhnəmizin unudulmaz Məşədi İbad ı Çilingərlikdən böyük səhnəyə

Səhnəmizin unudulmaz Məşədi İbad ı Çilingərlikdən böyük səhnəyə

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Xalq artisti Əliağa Ağayevin anım günüdür.
Kulis.az bu münasibətlə Xatirə Qədirovanın aktyor haqqında "Ölməz gülüş ustası və ya aktyorun ən böyük arzusu" yazısını təqdim edir.


Azərbaycan səhnəsinin yetirdiyi şöhrətli sənətkarlar içərisində Respublikanın xalq artisti olmuş Əliağa Ağayevin xüsusi mövqeyi var.

Öz istedadının təbiəti və istiqaməti etibarı ilə daha çox komik olan görkəmli aktyorun sənət yolu, səhnə həyatı çox maraqlı və ibrətamizdir.

Dəmirçi oğlu olan Əliağa Ağayev 1913-cü il martın 22-də Bakıda anadan olub. Ata-baba peşəsini davam etdirmək üçün o, 1930-cu ildə Bakıda Paris kommunası adına zavodun nəzdindəki sənət məktəbinə daxil olur.

Burada çilingər peşəsinə yiyələnən Ə.Ağayev dərsdən sonra Su nəqliyyatı işçilərinin klubundakı dram dərnəyinin məşğələlərində iştirak edir. Dərnəyin fəal üzvlərindən olan Ə.Ağayev çox keçmir ki, teatr ictimaiyyətinin diqqətini cəlb edir.
Aktyor həmin illəri xatırlayaraq deyirdi: "Sizə bir şey deyim ki, mən uşaqlıqda heç vaxt aktyor olmaq fikrində olmamışam. Bu arzu mənim qəlbimdə zavodda təşkil edilmiş dram dərnəyinə gedəndən sonra yarandı, özü də böyük sürətlə".

Bunu görən gənc Əliağanın ustası təşvişə düşərək onu bu həvəsdən daşındırmaq üçün Əliağadan artist yox, yaxşı çilingər çıxacağına inandırmaq istəyir, onun bu sənət üçün yarandığını söyləyir.

Ustanın sözü gənc Əliağaya təsir etsə də öz-özünə çox götür-qoy edir. Zavod səhnəsində teatr tamaşaları verəndə sərraf gözü ilə tamaşaçılara nəzər yetirən aktyor fərqinə varır ki, o səhnəyə çıxanda hamı gülür.

Bu, onda özünə inam yaradır. “Məndə nə isə var”- deyə düşünən Əliağa ciddi olaraq işə girişir.


Və nə yaxşı ki, aktyor qəlbinin səsini dinləyərək aktyorluq sənətinin ardınca getdi, səhnəmiz onun timsalında nəhəng bir gülüş ustası qazanmış oldu.

Səhnəyə, aktyor sənətinə sonsuz məhəbbət Əliağanı M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına (indiki Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) gətirib çıxarır.

Burada Əliağa Ağayevin əsl aktyorluq istedadı parlayıb üzə çıxır. Gənc aktyor bir-birinin ardınca rollarda çıxış edir, bu obrazları sənətsevərlərə sevdirir və özü də tamaşaçıların sevilmlisi olur.

Əliağa Ağayevi müxtəlif filmlərə çəkilməyə dəvət edirlər. Əliağa Ağayevin bir kino aktyoru kimi yetişməsində, şübhəsiz, teatrın böyük rolu olmuşdur.

Azərbaycan teatr sənətinin realist ənənələrindən bəhrələnən aktyor səhnədə əldə etdiyi gözəl təcrübəsini çəkildiyi filmlərdə uğurla tətbiq etmişdir.

O, 1956-cı ildə ilk dəfə böyük rolda – “O olmasın, bu olsun” filmində Məşədi İbad roluna çəkilir. Dünya ekranlarına çıxan Məşədi İbad aktyora böyük şöhrət qazandırır.

Məşədi İbadın məşhur monoloqları və atmacaları Əliağa Ağayevin əvəzsiz ifaçılığı sayəsində zərb-məsələ çevrildi, xalqın dilinin əzəbəri oldu, aktyora isə böyük şöhrət gətirdi.

Bundan sonra Əliağa Ağayev kinoya daha daha yaxından bağlanır. Bir-birinin ardınca “Görüş”də Şıxəli, “Sehirli xalat”da Hüseynqulu xan, “Qanun naminə”də anbardar Məmmədxan, “Əhməd haradadır ?” filmində isə kassir obrazlarını yaradır.

Bu obrazların bəziləri epizodik olsa da, istedadlı aktyorun məharətli oyunu sayəsində əbədilik sənətsevərlərin hafizəsinə həkk olundu.


1961-ci ildən Ə.Ağayev M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Bu teatrın səhnəsində aktyor parlaq, yaddaqalan, tamaşaçıların rəğbət və məhəbbətini qazanan obrazların tam bir qalereyasını yaratmışdır.

Ə.Ağayevin yaradıcılığı genişlik və sərbəstliyə köklənmişdi. O, müstəqil sənətkar idi. Görkəmli sənətkar komediya janrına məxsus pyeslərin xüsusiyyətinə sona qədər sadiq qalmaqla kifayətlənmir, eyni zamanda əsərlərdə müəlliflər tərəfindən təsvir olunan hadisələrin ümumi inkişafına, insan münasibətlərinə xüsusi bir bir nöqteyi-nəzərlə baxırdı. Kinayə və istehza silahından, lazım gələndə kəskin və öldürücü gülüşdən istifadə etməyi bacarırdı.

Ə.Ağayevin yaratdığı obrazlar, əsasən, mütərəqqi fikirlərin inkişafına mane olan, kütlüyə, süründürməçiliyə, xırdaçılığa və digər yaramazlıqlara meylli olan tiplər idi.

Alqış və gülüş onun yaradıcılıq yolunu daim müşayiət edən iki ayrılmaz şöhrət çələngi idi. Hər dəfə səhnəyə çıxarkən onu alqışlarla qarşılayır, sonra ürəkdən gülürdülər, böyük salonda yüzlərlə tamaşaçı bir nəfər kimi qəhqəhə çəkir, hərarətlə əl çalırdı. Ə.Ağayev sənətinin pərəstişkarı kimi deyə bilərəm ki, onda cüzi də olsa yersiz, lüzumsuz bir hərəkət, mənasız bir nəzər, bir baxış, təsadüfi bir ifadə tapmazsınız. Onun hər bir tərpənişi, addımı, təbəssümü, gözlərindəki hər bir məna çaları təbiidr, yerindədir. Onun səhnə nitqindəki məharətini-səsinin, tələffüzünün ifadə qüdrətini də bütün bunların üstünə gəldikdə teatr sənətimizin görkəmli simalarından olmuş bir şəxsiyyətin portreti gözümüz önündə daha da aydın canlanır. Səhnə ustamız son dərəcə lakonik, qənaətcil ifadə vasitələri ilə, heç bir artıq hərəkətə, lüzumsuz jestə yol vermədən tamaşaçını güldürməyi bacarırdı. Ən adi söz belə Ə.Ağayevin tələffüzündə mənalı gülüş doğururdu.Onun yerişi, oturuşu, duruşu, baxışı, şadlanması, qəzəblənməsi, üz-gözünün hərəkətləri – hamısı orijinaldır, səmimi təsir bağışlayır. Ə.Ağayev hətta rol ifa edərkən oturub sakit baxanda da insanın üzünə təbəssüm qonurdu.

Görkəmli gülüş ustası səhnə fəliyyətinə başladığı illərdən ömrünün sonuna kimi respublikamızı oba-oba, oymaq-oymaq gəzmiş, əməkçilər qarşısında çıxış etmişdi.

Həyatda da gülüşü, zarafatı sevən Ə.Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini bu həyata əbədi yumur.

Ömrünün 60-cı ilini qeyd edərkən müxbirin “Arzunuz nədir, Əliağa müəllim?” sualına Ə.Ağayev belə cavab vermişdi: “Arzum budur ki, mənim baş rolda oynayacağım bir komediya yazılsın, yoldaş müəlliflər! Özü də müasir həyatdan olsun, qəhrəmanı bu günümüzün adamı olsun! Yəni elə bir pyes ki, baş rolu komik surət olsun və onu da bu Əliağa qardaşınız oynasın.”

Biz isə öz adımızdan deyə bilərik ki, rahat uyu, əziz sənətkar. Sən sağlığında oynadığın obrazlarla hamımızın hafizəsində yaşayan elə parlaq səhnə surətləri yaratmısan ki, bu obrazlar səni yüz illər boyu xatırlamağa və sənətin qarşısında baş əyməyə yetər.

Tanınmış rus filosof vəfat etdi "Şəxsi yazışmaları icazəsiz paylaşmaq..." - Virtual ədəbsizlik necə yarandı? Səssiz filmlərdən rəqəmsal dövrə... - Dublyaj sənəti hansı tarixi yolu keçib?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see249

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see239

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see162

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see161

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see150

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see150

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see147

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see132

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see130

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see127

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri