Icma.az
close
up
RU
Səhnəyə çıxanda səhnənin çıxmağa yer axtardığı müğənni Saffari yazır…

Səhnəyə çıxanda səhnənin çıxmağa yer axtardığı müğənni Saffari yazır…

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan səhnəsində yüz il sonra da heç bir xatirəsi qalmayacaq, İslama isə heç vaxt aidiyyəti olmayan Xatirə İslamın, elə həm də bugünki musiqiyə, estradaya dəxli yoxdur.

Başqa cür desək, Xatirə İslamın adı özündən və musiqisindən məhşurdur.

Baxmayaraq ki, min yeddi yüz on altı ildir əlində mikrafon çıxmadığı səhnə qalmayıb, ancaq indiyə qədər heç bir brend olan mahnısı da yoxdur. Nəinki brend, məsələn, estetik əməliyyatdan dünən çıxmış Allahın Kəmalə Günəşlisi kimi mənasız bircə trenddi belə yoxdur.

Ona çox rahatlıqla mahnı ilə xatırlanmayan müğənni də demək olar.

Bəs yaxşı, onda Xatirə İslama nə ehtiyac var?

Gəlin, təsəvvür edək ki, Xatirə İslam adı musiqimizdə yoxdur. Nə itirdik? Heç nə deməyin. Məsələn, xeyli mənasız mahnı itiririk.

Mənə həmişə o da maraqlı olub ki, kimsə öz toyuna müğənni çağıranda onu niyə çağırmaq istəyib? Nə deyib çağırıblar, gəlsin hansı mahnını oxusun? Axı Xatirə İslamın üzünə baxanda adam yorulur, o bir məclisi necə şənləndirə bilər ki? Bəlkə də, belə olur. Toy sahibi müğənni tapa bilmir, tapdıqlarına imkanı çatmır, restoran sahibinə deyirlər ki, “əşşi, indi kimsə oxusun da”. Restoran sahibi də vaxt itirmədən Xatirə İslama deyir.

Xatirə İslam adı çəkiləndə adamın ağlına qalmaqallar gəlir, ancaq heç o qalmaqalları da xatırlamırsan. Bilirsən ki, nə vaxt, hardasa kimlərləsə mübahisəsi olub, nəsə deyib, qışqırıb. Amma heç maraqlanmaq da istəmirsən.

Oxuduğu mahnılar heç nə ifadə etmədiyi, heç bir məclisə lazım olmadığı kimi, məişət məsələləri də heç nə ifadə etmir və heç kimə maraqlı olmur.

Adama elə gəlir ki, hətta Xatirə İslam özü özü ilə də dalaşır.

Xatirə İslamın təkcə oxumağı yox, adicə danışmağı da adamın əsəblərinə toxunur.

Oxuyanda “sən canı oxuma, danış” deyirsən, danışanda da, “sən canı, sus, oxu”.

Xatirə İslamın adına özünün yalan dediyi xəbərlər də yayılır. Ancaq bu xəbərlərin həqiqəti əks etdirib-etdirməməyi heç kimə maraqlı olmur. Ara yerdə yenə Xatirə İslamın özü əsəbiləşir.

Bəli, Xatirə İslamın səsi var, ancaq o səs ancaq hamıdan olandan, sadəcə danışmaq üçündür.

Xatirə İslam estetik olaraq da səhnəyə yaraşmır. O səhnəyə çıxanda səhnə özü də çıxmağa yer axtarır. Adam var, ayağının altından yer, Xatirə İslamın da ayağının altından səhnə qaçır.

Onun oxuduğu mahnılar Azərbaycan musiqisində sadəcə iştirak edir. İz qoymaqdı, insanın ruhunu oxşamaqdır, yaddaşlara köçməkdir – qətiyyən bunların ona dəxli yoxdur.

Xatirə İslamın adı çəkiləndə mahnı filan ağıla gəlmir. Ağıla gələn ilk sual bu olur:

“Sən canı, yenə nə olub?”.

Başqa sözlə, bəzi müğənnilər sənətə xidmət edir, bəziləri isə sənətdən istifadə edir. Xatirə İslam isə bunların heç birini edə bilmir. Əli aşından da olub, Vəli aşından da.

Tək-tük müğənnilərdəndir ki, nə musiqimizə xeyri dəyib, nə də musiqinin ona.

Xatirə İslam mahiyyətcə o qədər uğursuz adamdır ki, sənətdə necəsə qalmaq, xatırlanmaq üçün daim İslam Rzayevin adına, kölgəsinə sığınır. Hətta İslam adının ona görə götürdüyünü belə yalan olduğunu deyənlər var.

Ancaq Xatirə İslam hər nə qədər İslam Rzayevin adının kölgəsinə daxil olmaq istəsə də, mərhum sənətçinin ailəsi bu barədə demişdi:

“Biz tövsiyə edərdik ki, müğənni Xatirə sənət aləmində İslam Rzayevin başqa tələbələri kimi öz adı, istedadı, ifa üslubu ilə tanınsın. İslam təxəllüsünü isə öz soyadından götürsün. Yerli-yersiz İslam Rzayevin adını çəkməklə nə özünü nüfuzdan salsın, nə də İslam Rzayevin ruhuna və bizlərə narahatlıq gətirsin”.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 May 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri