Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb FOTO
Icma.az, Mia.az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanı çöllüyündə nadir mumiyalanmış çita qalıqları tapılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 130 ildən 1800 ilə qədər yaşı olan 7 nadir çita qalıqlar alimlər tərəfindən araşdırılır.
Məlumata görə, Arar şəhəri yaxınlığındakı səhralıq ərazidə aparılan qazıntılar zamanı aşkarlanan yeddi çita mumiyası, eləcə də 54 digər çitanın sümükləri hazırda alimlər qrupu tərəfindn tədqiq olunur: "Təbii olaraq qorunan bu böyük çita mumiyası dumanlı gözləri və qurumuş əzaları ilə diqqəti çəkir".
İtaliyanın Florensiya Universitetindən professor Joan Madurell-Malapeira bu kəşfi tarixi hadisə adlandırıb: "Tarixdə belə bir kəşfə əvvəllər rast gəlinməyib. Gördüklərimiz heyrətamizdir. Heç bir tarixi mənbədə belə kəşfə rast gəlmədim..."
Bildiirldiyinə görə, bu çitalaırn necə mumiyalandığı dəqiq məlum deyil: "Bu məsələ də xüsusi araşdırılır. Düçünürük ki, qumsal ərazidə tapılan qalıqların olduğu mağaraların son dərəcə quru şəraiti və sabit hava norması cəsədərin çürüməsinin qarşısını almaqla yanaşı, onlaırn təbii şəkildə mumiyalanma prosesini aparıb. hazırda mağara da tərəfimizdən tədqiq olunur..."
Hüseyn Namazov
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 16 Yanvar 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















