Icma.az
close
up
RU
Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

REPORTAJ

Qədim zamanlarda ucsuz-bucaqsız səhrada ocaq yandırmaq adəti var idi. Yol keçən müsafirə “burada həyat var, burada səni qarşılayacaqlar” deyən işıq idi o. “Nar əl-Qıra” adlanan uzaqdan görünən bu alov təkcə isinmək üçün deyil, ümid üçün yanardı. Birləşmiş Ərəb Əmirliklərinin Zafra səhrasında bu gün yenə də işıq yayılır, amma bu dəfə Günəşdən doğan işıq. Milyonlarla panel bir vaxtlar bir ocağın gördüyü işi görür - tək bir yolçuya yox, minlərlə insana işıq verir. Burada - səhranın qumlu səthi üzərində təkcə Günəş şüaları deyil, gələcəyin enerjisi də parlayır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyində 20 kvadratkilometrdən çox ərazidə yerləşən və dünyanın ən böyük Günəş elektrik stansiyası (GES) – Zafra 2023-cü ildə işə salınıb. Bu, insan zəkasının və texnoloji irəliləyişin təbiətlə harmoniyasının canlı nümunəsidir. Burada quraşdırılmış üç milyondan çox Günəş paneli səhranın ortasında sanki nəhəng bir güzgü dənizi yaradır. Günəş hər səhər bu panellərin üzərinə doğduqca, onun isti şüaları elektrik enerjisinə çevrilir və hazırda 200 mindən çox evin elektrik enerjisini təmin edir.

Stansiyanın əməliyyatçısı Mərvan Mustafa burada tətbiq olunan texnoloji yeniliklərdən danışıb. Bildirib ki, panellərin hər iki üzü işləkdir. Günəşin hərəkət istiqamətinə uyğun dönən lövhələr maksimum enerji alınmasına kömək edir. Toplanan enerji invertorlar vasitəsilə sabit cərəyandan dəyişən cərəyana çevrilir. Zafra GES-in istehsal gücü 2 giqavatdır.

“Çətin səhra şəraitində baş verə biləcək təbiət hadisələrinin mümkün mənfi təsirləri, o cümlədən qum fırtınalarının, güclü küləklərin dağıdıcı gücü nəzərə alınıb: panellər yerə möhkəm bərkidilib, ötürücü xətlər də davamlıdır. Panellər hər gün axşam saatlarında robotlaşdırılmış qurğular vasitəsilə tozdan təmizlənir”, - deyə Mərvan Mustafa qeyd edib.

Zafra layihəsinin əsas səhmdarlarından olan “Masdar” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Əbdüləziz əl-Ubeydi şirkətin fəaliyyəti və nailiyyətləri barədə də danışır. Qeyd edir ki, şirkət 2006-cı ildə təsis olunanda bərpaolunan, alternativ enerji yeni sahələrdən idi. Həmin vaxtlar bu sahənin uğuruna inamsızlıq var idi. “BƏƏ-nin şirkətlə bağlı qərarı ölkənin enerji mənbələri diversifikasiya etmək istəyindən irəli gəlir. Biz hazırda 6 qitədə 40-dan çox dövlətdə fəaliyyət göstəririk. İlk böyük layihəmiz 2008-ci ildə aşağıkarbonlu şəhərsalma modeli olaraq Masdar şəhəri olub. Hazırda təmiz enerji sahəsində bundan daha iri layihələrimiz vardır. İndoneziyada ilk üzən bərpaolunan enerji stansiyası layihəsini də “Masdar” şirkəti həyata keçirib. Hazırda Misirdə, Malayziyada, Afrikada layihələrimiz var. Orta Asiya regionu bizim üçün mühümdür. Azərbaycanda mühüm layihələrimizi həyata keçiririk. 2030-cu ilədək enerji istehsal gücünü 100 giqavata çatdırmağı planlaşdırırıq. Eyni zamanda, külək enerjisi layihələrimiz var”, - deyə müsahibimiz əlavə edir.

Bu layihə təkcə enerji istehsalı ilə məhdudlaşmır. Zafra stansiyası BƏƏ-nin neftdən asılı olmayan gələcək vizyonunun əsas sütunlarından biridir. Burada istehsal olunan təmiz enerji karbon emissiyalarının azalmasına, iqlim dəyişikliyi ilə mübarizəyə və ekoloji tarazlığın qorunmasına töhfə verir və planetimizin yaxşı gələcəyinə olan ümidləri artırır. Zafra GES-lə ildə 2,4 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Səhrada qurulan bu stansiya sübut edir ki, hətta ən çətin coğrafi şərait belə düzgün planlama və innovasiya ilə fürsətə çevrilə bilər. Zafra GES həm də iqtisadi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Layihə yeni iş yerləri yaradıb, yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirib, bərpaolunan enerji sahəsində bilik və təcrübənin paylaşılmasına şərait yaradıb. Bu stansiya gələcək nəsillərə ünvanlanan səssiz, amma güclü bir mesajdır: enerji istehsalı təbiətə zərər vermədən də mümkündür. Səhranın ortasında yüksələn bu Günəş “dənizi”, əslində, bir ideyanın təcəssümüdür: insan və təbiət qarşı-qarşıya deyil, yan-yana dayananda gələcək daha işıqlı olur. Zafra GES məhz bu işıqlı gələcəyin səhradakı ilk səhifələrindən biridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Yanvar 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri