Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, o, bu barədə “2+1” yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:
“Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anası da, mən də çalışırıq ki, bizə sevgisi olsun. Bir də oğlum zəng edir ki, ana deyir səndən icazə alım. Cavab verirəm ki, düz deyir, olmaz. Mən burada olmayanda anası ilə dərsə gedir. Hər gün zəng vurub danışırıq”.
Şəhriyar şəxsi həyatı ilə bağlı da fikirlərini bölüşüb:
“Hər kəs tayını tapmalıdır. Tay tapılmayana qədər də macəralarım çox olacaq. Həyatımı rəngli yaşamağı və anın dadını çıxarmağı seçirəm. Həyatın bütün zövqünü almağı sevirəm”.
Şəhriyar "Oksana xanımla dost oldunuz, sonra sevgiyə çevrildi" sözlərinə “İnsan biri ilə həyatını bağlayırsa, sevgili, dost olur. Elə yaşdayam ki, anlayıram. İçimdə tənha qalmaq istəyirəm. Bir şeyi çox istəyəndə gəlir, deməli, istəmirəm ki, gəlmir. Azad dönəmindəyəm. Bunu kiminsə əlimdən almasını istəmirəm. Hər şey gözəldir” reaksiyasını verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















