Icma.az
close
up
RU
Səhv karta göndərilən pul necə geri alınır? KONKRET

Səhv karta göndərilən pul necə geri alınır? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Kart və ya bank hesabına yanlışlıqla başqa şəxsə məxsus vəsaitin köçürülməsi halları ilə bağlı vətəndaşların əsas suallarından biri pulun sahibinə necə qaytarılmasıdır. Hazırda belə vəziyyətlər üçün vahid və avtomatik tətbiq olunan geri qaytarma mexanizminin olub-olmaması da maraq doğurur.

KONKRET.az xəbər verir ki, bank eksperti Emin Kərimov “Demokrat.az”a açıqlamasında məsələ ilə bağlı konkret və vahid prosedurun olmadığını bildirib.

Onun sözlərinə görə, pul köçürməsi adətən şəxsin öz iradəsi və razılığı əsasında həyata keçirildiyi üçün belə əməliyyatlarda bankın müdaxilə imkanları məhdud olur.

Ekspert qeyd edib ki, vətəndaş banka müraciət edərək vəsaitin səhv köçürüldüyünü bildirə və onun geri qaytarılmasını tələb edə bilər. Lakin bank qarşı tərəfin hesabından həmin məbləği birtərəfli qaydada silə bilməz.

“Əgər vəsaiti alan şəxs onu geri qaytarmaq istəyirsə, bunu könüllü şəkildə edə bilər. Ancaq həmin şəxs pulu artıq hesabından çıxarıbsa, xərcləyibsə və ya geri qaytarmaqdan imtina edirsə, bankın ona qarşı birbaşa təsir imkanları məhduddur. Hazırda qanunvericilikdə belə hallarda vəsaitin avtomatik və məcburi qaydada geri qaytarılmasını təmin edən vahid mexanizm yoxdur”, – deyə Kərimov bildirib.

Ekspert vətəndaşlara pul köçürərkən kart və hesab məlumatlarını diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bir sıra kart köçürmələri zamanı qarşı tərəfin ad və soyadının baş hərflərinin göstərilməsi də vəsaitin düzgün şəxsə göndərildiyini yoxlamağa imkan verir.

Kərimov vurğulayıb ki, səhv köçürülmüş pulun geri qaytarılması hazırda əsasən vəsaiti alan şəxsin iradəsindən asılıdır. Bununla yanaşı, gələcəkdə qanunvericilikdə xüsusi mexanizmin yaradılması bu cür halların həllini asanlaşdıra bilər.

Ekspert belə bir mexanizmin hazırlanmasının müəyyən çətinliklər doğura biləcəyini də qeyd edib. Belə ki, könüllü şəkildə həyata keçirilmiş köçürmənin sonradan “səhv köçürmə” kimi təqdim edilməsi mümkündür. Buna görə də gələcək prosedur həm vəsaiti göndərən, həm də alan şəxsin hüquqlarını qoruyacaq şəkildə hazırlanmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Avqust 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri