Icma.az
close
up
RU
Səhv, yoxsa qəsd: Sərdar Cəlaloğlu təyyarə qəzası ilə bağlı GÖRÜN NƏLƏR DANIŞDI...

Səhv, yoxsa qəsd: Sərdar Cəlaloğlu təyyarə qəzası ilə bağlı GÖRÜN NƏLƏR DANIŞDI...

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Eyni zamanda təyyarədə yaranan nasazlıqla bağlı məlumat verildikdən sonra 1 saat ərzində Rusiya tərəfinin eniş üçün şərait yaratmaması da cavabını tapmayan suallar arasındadır. 

Məsələ ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, təyyarə Rusiya tərəfindən vurulub və hadisənin izini itirmə cəhdləri olub: "Son vaxtlar Ukraynanın əsas hədəflərindən biri Qroznıdır. Ruslar Qroznıda dronların bir neçəsini vurub. Ola bilər təyyarəni səhvən vursunlar. Onda sual oluna bilər ki, nəyə görə təyyarənin xilas edilməsi ilə atılmayıb. Onun Azərbaycana qayıtması təklif edilməyib. Şübhəli məqam ondan ibarətdir ki, Azərbaycana qayıdacağı təqdirdə təyyarənin vurulması bilinəcəkdi. Rusiyanın yaxında olan digər aeroportlarına da endirilməyib, çünki yenə də bunun bir vurulma olduğu aşkarlandı. Təyyarəni uzaq bir məsafəyə- Xəzər dənizi üzərindən keçən bir marşruta istiqamətləndiriblər və belə hesablayıblar ki, bu zədədən sonra təyyarə Xəzərin üzərində dənizə düşə bilər. Bununla da bizim hərbi təyyarəmizin vurulmasında olduğu kimi, təyyarə Xəzərin dibində qalar, çox gec çıxarılar və çıxara bilməzlər. Bununla da məsələni ört- basdır edəcəkdilər".

S.Cəlaloğlu hadisənin qəsdən törədilməsi ehtimalından da danışıb: "Əgər burada qəsd varsa, qəsdin səbəbini biz də bilməliyik. Bu həftə təyyarə qəzasından öncə nə baş vermişdi? Bir neçə həftə öncə Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dəvət etmişdi. Hətta bundan bağlı Rusiya rəsmiləri Azərbaycanı bu ittifaqda görmək istədiklərini demişdilər.  Amma gözlənilənin tam əksinə, D 8  üzvü oldu. Suriyada bu gün Rusiyanın siyasətini tamamilə  darmadağın edən bir qüvvə hakimiyyətə gəlib. Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın dirçəlməsində yeni hakimiyyətlə əməkdaşlıq etməklə bağlı prinsipial razılığa gəlib. Bununla bağlı İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar var. Azərbaycanın müstəqil siyasət yürütməsi təbii ki, Rusiyanı qıcıqlandırmaya bilməz. Çünki Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Amma Azərbaycan əksinə strateji müttəfiqi olan Türkiyənin yanında yer alır. İndi Suriyadakı qüvvələr Rusiyanın bütün bazarlarını Suriyadan çıxarmaq istəyir, yəni faktiki olaraq Rusiyanın maraqlarına zidd  çox ciddi bir siyasət aparılır. Əvəzində Azərbaycan Suriyanın dirçəlməsində yeni hakimiyyətin möhkəmlənməsində iştirak etmək istəyir və bununla bağlı çox qərarlıdır. Son vaxtlarTürkiyə ilə Azərbaycan əlaqələri yenidən möhkəmlənir. İki ölkə birlikdə xarici siyasət yürütməyə cəhd edir. Bu da Rusiyanı qıcıqlandıra bilər. Ola bilər ki, bu təyyarə qəza xəbərdarlıq xarakterli olsun. Hər halda Rusiyanın radarları bunun Ukraynadan göndərilən dron olmadığını və Ukraynaya məxsus olan təyyarə olmadığını çox yaxşı başa düşürdü. Çünki təyyarə ilə əlaqə saxlanıla bilər. Pilotla da əlaqə saxlanılıb və açıq deyim ki, mən bu məsələni daha çox  bir qəsd kimi qiymətləndirirəm. Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələrinin törətdiyi cinayət kimi dəyərləndirirəm. Amma  ətraflı şəkildə yoxlanmalıdır. Burada obyektiv ekspertiza gedilməlidir. Qəsd variantını təsdiq edən əsas faktorlardan biri odur ki, təyyarəni istehsal edən şirkətin nümayəndələri də Qazaxıstanda olublar. Təyyarədə ekspertiza apardıqdan sonra bəyanat veriblər ki, bu təyyarənin xaricində qəzaya səbəb olan hər hansı bir əlamət tapılmayıb. Eyni zamanda təyyarənin özündən doğan texniki səbəb olmayıb. Bu da onu göstərir ki, üçüncü variant qalır, yəni kənar müdaxilə. Sağ qalan sərnişinlər təyyarənin kənarında partlayış eşitdiklərini deyiblər. Rusiya bu suala da cavab verməlidir ki, nə üçün qəzalı vəziyyətdə olan təyyarəyə  bir saatdan artıq müddəti olan uçuş istiqaməti verilib. Halbuki qəzalı  təyyarəni təcili şəkildə 15 -20 dəqiqəyə yerə endirmək lazım idi və o ətrafda onlarla belə aeroport olub ki, bu təyyarə həmin aeroportlara yenə bilərdi". 

Məğrur,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Dekabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri