Səhvən başqasının kartına göndərdiyimiz pulu necə ala bilərik? Hətta faizini də...
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ödəniş terminallarından yaxud,mobil tətbiqlərdən səhvən başqasının kartına pul göndərə bilirik. Bu zaman çoxları nə edəcəyini, kimə müraciət edəcəyini, harasa məlumat verərsə, pulunun geri qaytarılıb-qaytarılmayacağını bilmir. Çoxları isə təlaşdan özünü itirir.
Bəs görəsən, səhvən karta ödəniş etdikdə ilk növbədə nə etməliyik?
Hüquqşünas Cavidan Osmanlı Lent.az-a açıqlamasında bildirib ki, kartın sahibi yanlış hesaba ödəniş etdiyinin fərqinə vardığı an ilk növbədə banka müraciət etməlidir:
“Bir çox hallarda pul digər şəxsin hesabına köçənə qədər bank imtinanı rəsmiləşdirib, pulu geri qaytara bilir. Lakin pul qarşı tərəfin kartına köçürülübsə və artıq bank ondan imtina verə bilmirsə, o halda zərərçəkmiş məhkəməyə müraciət etməlidir.
İnsanlar fikirləşir ki, hüquq mühafizə orqanları, polis ödənilmiş məbləğin qaytarılmasına yardımçı olacaq, lakin bunun heç bir faydası yoxdur. Bilmək lazımdır ki, həmin dövlət qurumları kibercinayətkarlıq hallarında yardımçı ola bilərlər. Qarşı tərəf pulun qaytarılmasından imtina etdikdə, zərərçəkmişin məhkəmədə Mülki Məcəllənin “əsassız varlanma” maddəsi ilə 2 il müddətində iddia qaldırmaq hüququ var. Qeyd edim ki, bu iddialar çox zaman təmin olunur. Hətta onu da qeyd edim ki, məhkəmə prosesi uzandığı halda həmin müddətlər ərzində əldən çıxmış faydanı da qarşı tərəfdən faizlə tələb etmək olar. Bu, o halda mümkündür ki, zərərçəkmiş sübut etsin ki, səhvən göndərdiyi məbləğ bu aylar ərzində hansısa investsiyaya istifadə olunacaq və ondan xeyir götürəcəkmiş, hazırkı vəziyyətdə isə bu haqdan məhrum olub. Əgər bunu sübut edə bilsələr, həmin uzanmış aylardakı məbləği də almaq mümkündür”, - deyə o, fikrini yekunlaşdırıb.
Qeyd edək ki, kibercinayətkarlıq, yəni bank kartlarından pul oğulandığı hallarda isə dərhal polisə müraciət etmək lazımdır.
Daxili İşlər Nazirliyindən mütəmadi olaraq bildirilir ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 26 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















