Icma.az
close
up
RU
Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

- +

Vətəndaş səhvən başqa şəxsin bank kartına köçürdüyü pulu geri ala bilməməsindən şikayətçidir.

O, sosial mediada etdiyi paylaşımında qeyd edib ki, iki ay əvvəl səhvən başqasının kartına köçürdüyü pulu həmin şəxs xərcləyib:

“İki ay əvvəl bir nəfər terminaldan kartına pul ata bilmədi. Köməklik göstərdim, mən atdım. Bunun səhəri özüm başqa adama 800 manat köçürmək istəyəndə ödənişi səhvən köməklik göstərdiyimin kartına göndərmişəm. İkimizdə də eyni bankın kartı idi. Məndə kartın üzərindəki kodun 8595, onda 8995 ilə bitməsi məni çaşdırdı. Bank pulu köçürdüyüm şəxslə əlaqə saxlayıb, o deyir ki, pulu xərcləmişəm. Polis banka sorğu verib, lakin bank bildirir ki, məhkəmə qərarı olmalıdır. Məhkəməyə gedirəm, o da deyir ki, adamın ad-soyadı olmadan nəsə edə bilmərik”.

Maraqlıdır, belə halla qarşılaşan vətəndaş pulunu geri necə qaytara bilər? Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaş məhkəmə yolu ilə pulunu geri qaytara bilər:

“Pulun köçürüldüyü şəxs məbləği öz xoşu ilə geri qaytarmadığı təqdirdə məsələ məhkəmə yolu ilə həll olunmalıdır. Vətəndaş banka müraciət etməlidir ki, pulun köçürüldüyü şəxslə əlaqə saxlanılsın. Bundan sonra şəxs öz xoşu ilə qaytarmasa, məhkəmə qaydasında pulun geri qaytarılması tələb olunmalıdır. Məhkəmə qərarı birmənalı olaraq pul köçürməsini edən şəxsin xeyrinə olmalıdır. Məhkəmə də iddia yazanda çıxacaq bütün xərcin pulun köçürüldüyü şəxsdən alınmasını bildirməlidir”.

Ekspertin sözlərinə görə, məhkəmə pulun köçürüldüyü şəxsin adı olmadığını əsas gətirərək nəsə edə bilməyəcəyini deyirsə, vətəndaş ilk olaraq iddianı banka qarşı qaldırmalıdır:

“Məhkəmə bankdan rəsmi qaydada bütün məlumatları alacaq. Bundan sonra məhkəmə cavabdehi dəyişdirəcək. Belə bir prosedur var. Məhkəmə icraatı zamanı cavabdeh əsl cavabdeh ilə əvəz edilə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Maskın təklifi

08 İyun 2025 04:23see112

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri