Səhvən ömürlük cəzaya məhkum edildi Rekord məbləğdə təzminat alacaq
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Yaponiya sakini İvao Hakamada 50 ilə yaxın həbs həyatı yaşadıqdan sonra onun səhvən məhkum edilməsi məlum olub.
Sfera.az xəbər verir ki, məhkəmə ona bəraət və rekord məbləğdə 1,4 milyon dollardan çox təzminat ödənilməsinə qərar verib.
Hakamada Şizuokada dörd nəfərdən ibarət bir ailəni qətlə yetirməkdə təqsirli bilinirdi. O günahkar bilindiyi əmələ görə ömürlük həps cəzasına məhkum olunub və təxminən yarım əsr həbsxana həyatı yaşayıb. Yenidən araşdırma zamanı dairə məhkəməsi 2024-cü ilin oktyabrında Hakamadaya bəraət verib. Qeyd edək ki, indi onun 89 yaşı var.
Təqsirləndirilən şəxs uzun müddət həbsdə qaldığı müddətdə psixi vəziyyəti pisləşib. Buna görə də onun qəyyumu tərəfindəntəzminat ödənilməsinə dair məhkəmə qarşısında vəsatət qaldırılıb.
Hakim Hakamadanın qeyri-insani sorğu-suallara məruz qaldığını bildirib. Əsas sübut kimi müstəntiqlərin uydurduğu 5 geyim əşyası götürülüb. Hakamadaya qarşı çıxarılan təqsirli hökmlər məhkəmə tərəfindən dəfələrlə təsdiqlənib.
O, 2014-cü ilin martında məhkumluğuna şübhə yaradan yeni dəlillərdən sonra azadlığa buraxılıb. Ötən ilin sentyabrında Hakamadaya bəraət qazandıran Şizuoka Rayon Məhkəməsi müstəntiqlərin sübutları saxtalaşdırdığına qərar verib. Prokurorlar apellyasiya şikayəti verməyiblər.
Hakamada dünyada ən uzun edam cəzasını çəkən məhbus kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 25 Mart 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















