“Səhvlərdən dərs çıxarmalıyıq ki, inkişaf edə bilək”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qəbələ” Misli Premyer Liqasının I turunda “Turan Tovuz”a məğlub olub – 0:1.
Bölgə təmsilçisinin yeni transferi Natan Monzanqo “Futbolpress.az”a açıqlamasında nəticəni şərh etdi:
“Məğlubiyyətdən sonra danışmaq çətindir. Komanda sona qədər mübarizə apardı və hesabı bərabərləşdirmək üçün şanslarımız oldu. Artıq matçı unudub, təhlillər aparmalıyıq. Səhvlərdən dərs çıxarmalıyıq ki, inkişaf edə bilək”.
“Qəbələ” formasıyla debüt edən fransalı müdafiəçi ilk oyunu ilə bağlı bunları dedi:
“Meydana çıxdığım üçün çox xoşbəxtəm. Azərbaycan çempionatı keyfiyyəti və dinamikası ilə məni müsbət mənada təəccübləndirdi. Premyer Liqada tələblər yüksəkdir. Buna görə hər matça hazır olmaq mütləqdir”.
Monzanqo “Qəbələ”yə gəlişindən və buradakı hədəflərindən söz açdı:
“Klubdan təklif gələndə çox düşünmədim. Layihəni bəyəndim və indi burada olduğum üçün çox xoşbəxtəm. Hər oyunda komandaya faydalı olmağa çalışacağam.
Yaxşı kollektivimiz var və hədəflərimiz böyükdür. İlk növbədə rəqiblərə hörmətlə yanaşmalı və ambisiyalı olmalıyıq. Heç kimdən çəkinmirik və bütün duellərə hazır olacağıq. Məqsədimiz qələbələr qazanmaq, mübarizliyimizi davam etdirmək və bütün oyunlarda sona qədər döyüşməkdir”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















