Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tanınmış teleaparıcı, "Bax Da" və "Əsas TV" kanallarının rəhbəri Səidə Bəkirqızı bloqer Sevinc Hüseynovanı məhkəməyə verib. Buna səbəb blogerin aparıcının ünvanına təhqiramiz ifadələr səsləndirməsi olub.
Milli.Az big.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Səidə Bəkirqızı ilə əlaqə saxlanılıb. Aparıcı yayılan məlumatı təsdiqləyib.
Məsələ ilə bağlı aparıcının vəkili Yaqub Nəcəfli də açıqlama verib:
"Bayramova Səidə Bəkir qızının vəkili olaraq bildirirəm ki, müvəkkilimin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıması ilə əlaqədar hüquqi proses qanunla müəyyən olunmuş qaydada başladılaraq tərəfimizdən aidiyyəti məhkəməyə müraciət edilmişdir.
Eyni zamanda mövcud sübutlar, o cümlədən müstəqil mütəxəssis rəyi, artıq müvafiq instansiyaya təqdim olunmuşdur. Hazırda məhkəmə araşdırması davam etdirilir. Prosesin hazırkı mərhələsində əlavə şərh vermək məqsədəmüvafiq hesab edilmir, lakin, nəticə hüquqi yolla məhkəmə tərəfindən müəyyənləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 02 İyul 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















