Səidə Bəkirqızı israrlıdır: Rəqsanə İsmayılova yenidən həbsə gedəcək? İZAH
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq bir neçə gündür jurnalist Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal yaşanır.
Ölkə.Az xəbər verir ki, buna səbəb jurnalistin Rəqsanənin “p” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid etməsi və "əri hara baxır" kimi ifadələr işlətməsi olub.
Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib.
R. İsmayılova jurnalistlə bağlı çıxışında etik normalara zidd, şəxsi ləyaqəti alçaldan ifadələr səsləndirib.
Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini, təzminat yox, müğənninin həbsini istədiyini və heç bir formada üzrü qəbul etməyəcəyini açıqlayıb.
Xatırlatmaq lazımdır ki, müğənni R.İsmayılova ötən ilin yayında ötən ilin yayında iki zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurdu. Bir neçə ay həbsdə qalan müğənni hazırda ev dustaqlığındadır.
Maraqlıdır ki, əgər S.Bəkirqızı müğənnini məhkəməyə verərsə, onun ev dustaqlığı cəzası cəzaçəkmə müəssisəsinə göndərilməsi ilə nəticələnə bilərmi?
Azərbaycan qanunvericiliyinə əsasən, bu, nəzəri olaraq mümkündür, amma avtomatik deyil və bunun üçün konkret hüquqi şərtlər lazımdır.
Belə ki, Səidə Bəkirqızı müğənnini işlətdiyi ifadələrə görə, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (təhdid) və şərəf və ləyaqətin alçaldılması (təhqir) maddələri ilə məhkəməyə verə bilər.
Vacib detal odur ki, bu maddələrin bir qismi xüsusi ittiham qaydasında olur (yəni zərərçəkən özü məhkəməyə müraciət edir).
“Ev dustaqlığında olan şəxs yeni qalmaqala görə həbs oluna bilərmi?” məsələsinə gəldikdə isə burada əsas məsələ Rəqsanə İsmayılovanın ev dustaqlığının şərtləridir.
Çünki qanunvericiliyə görə, ev dustaqlığı tədbirdir, cəza deyil.
Şəxs ev dustaqlığının şərtlərini pozarsa, məhkəmənin qadağan etdiyi davranışları edərsə, ictimai qaydanı kobud şəkildə pozarsa, yeni cinayət törədərsə, cəzaçəkmə müəssisəsinə qaytarıla bilər.
Yeni cinayət işinin başlanmasına əsas yaranarsa və bu cinayət qəsdən törədilibsə, ictimai təhlükəlidirsə, CPM-yə görə, qətimkan tədbirinin dəyişdirilməsi mümkündür.
Amma müğənninin təkcə təkcə sosial şəbəkədə qalmaqal və emosional çıxışa görə məhkəməsi onun mütləq həbs olunacağı mənasına gəlmir.
Əgər sübut olunsa ki, bu ifadələr cinayət tərkiblidir, təzyiq, şantaj və ya açıq təhqir var və məhkəmə bunu ev dustaqlığı şərtlərinin pozulması kimi qiymətləndirərsə, ev dustaqlığı ləğv edilə və daha ağır qətimkan tədbiri seçilə, yəni istintaq təcridxanasına qaytarıla bilər.
Onun əvvəlki dələduzluq işi bu qərara təsir edə bilər. Çünki məhkəmə şəxsin əvvəl ağır maddə ilə ittiham olunmasına baxır.
Səidə Bəkirqızı məhkəməyə müraciət edərsə və ifadələr cinayət tərkibli sayılarsa, Rəqsanə İsmayılovanın ev dustaqlığı daha ağır qətimkan tədbiri ilə əvəz edilə bilər. Bu, məhkəmənin hüquqi qiymətləndirməsindən asılıdır.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 27 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















