Icma.az
close
up
RU
Səidə Haqverdiyeva Prezidentə müraciət etdi Nazirliyi HƏDƏF GÖSTƏRDİ

Səidə Haqverdiyeva Prezidentə müraciət etdi Nazirliyi HƏDƏF GÖSTƏRDİ

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva Prezident İlham Əliyevə müraciət edib.

"Yeni Sabah" müraciəti olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti

Müzəffər Ali Baş Komandan

cənab İlham Əliyevə

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru

Səidə Haqverdiyevanın

MÜRACİƏTİ

Cənab Prezident, möhtərəm Ali Baş Komandan,

2011-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında çalışıram və 2020-ci ildən etibarən quruluşçu rejissor kimi fəaliyyət göstərirəm. Dövlətimizə, sənətə və uşaqların inkişafına xidmət etməyi həyatımın mənası hesab edirəm. Heç zaman işimdə nöqsanlara yol verməmiş, bütün fəaliyyətim boyu sədaqət, dürüstlük və məsuliyyət prinsiplərinə əməl etmişəm.

Lakin son aylar teatrda çalışan aktrisa Nərmin Əhmədova və onun Mədəniyyət Nazirliyindəki himayədarları tərəfindən mənə qarşı davamlı psixoloji təzyiq, təhqir və əsassız müdaxilələr həyata keçirilir. Bu şəxslər öz vəzifə və əlaqələrinə güvənərək həm mənim iş fəaliyyətimə, həm də ailə həyatımıza kobud şəkildə müdaxilə edir, əsassız tələblər irəli sürür, qanunsuz təhdidlər edirlər.

Bu işdə Nərmin Əhmədovanın ən böyük havadarı mütəmadi adı şəffaflığı barədə şübhə yaradan tenderlərdə hallanan (bu barədə KİV-də kifayət qədər iddialar var: https://afn.az/166798-nazirlikle-teatr-arasindaki..., https://big.az/570112-nazirlikle-teatr-arasindaki..., https://qaynarinfo.az/nazirlikle-teatr-arasindaki..., https://tribunainfo.az/efsun-ehmedov-rusvet-aldigi-ucun.../ ) əri - “Next Group” nəqliyyat şirkətinin rəhbəri Əfsun Əhmədovdur. Onu da nəzərinizə çatdırım ki, bu şəxsin qardaşı keçmiş hakim Elsun Əhmədov (https://oxu.az/.../sabiq-hakim-mehkeme-zalinda-hebs-olunub, https://www.ayna.az/rusvet-almaqda-teqsirlendirilen-sabiq..., https://pravda.az/news/174399 ) külli miqdarda rüşvətə görə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı məhkəmə zalındaca həbs olunub. O, 5 il müddətinə azadlıqdan məhrum edilib. Birinci dərəcəli qohumlarının bu əməlini gözardı edən Əhmədovlar cütlüyü konkret olaraq Mədəniyyət Nazirliyində və digər orqanlarda (bu iddiaları hədə maşını kimi özləri çoxdan işə salıb və faydasını da görüblər) çalışan dost və qohumlarının, qanuni və qeyri-qanuni iş ortaqlarının himayədarlığı ilə əsl özbaşınalıq nümunəsinə çevriliblər.

Daha narahatedici məqam odur ki, bu təzyiqlər artıq həyat yoldaşım – Kukla Teatrının direktoru Rəşad Əhməd-zadəyə qarşı da mədəniyyət sahəsində nüfuzdan salma, böhtan və əsassız şikayətlər yolu ilə aparılan məqsədli kampaniyaya çevrilib. Nazirlik daxilində müəyyən dairələr bunun üçün bütün inzibati mexanizmlərdən istifadə edir və ailəmizi psixoloji təzyiq altında saxlamağa cəhd göstərirlər.

Cənab Prezident,

Sizin “hər bir məmur təvazökar olmalıdır”, “heç bir məmur vəzifə səlahiyyətindən sui-istifadə etməməlidir” fikirlərinizə güvənərək, bu müraciəti Sizə ünvanlanmağa məcbur qaldım.

Özlərini yüksək vəzifəli qohumlarının adı ilə təqdim edən və bu himayəyə arxalanaraq teatrda gərginlik yaradan şəxslərin fəaliyyəti artıq normal əmək mühitini sıradan çıxarıb. Təzyiqlərin növbəti mərhələsində isə mənim diplomum, əmək fəaliyyətim və ailə vəziyyətim əsassız şəkildə hədəfə çevrilmişdir.

Sizdən xahiş edirəm:

Mədəniyyət Nazirliyində və teatrda vəzifə səlahiyyətlərindən sui-istifadə edən, qanunsuz himayədarlığa arxalanan şəxslərin fəaliyyətinin araşdırılmasına yardımçı olasınız;

Ailəmin və xüsusilə həyat yoldaşım – direktor Rəşad Əhməd-zadənin məqsədli şəkildə nüfuzdan salınması üçün aparılan kampaniyanın qarşısının alınması barədə müvafiq göstəriş verəsiniz;

Mənə qarşı edilən psixoloji təzyiq, təhdid və əsassız tələblərin dayandırılması, iş mühitində təhlükəsizlik və obyektivliyin təmin edilməsi üçün dəstək göstərəsiniz.

Sizə müraciət etməyimin yeganə səbəbi – illərdir xidmət etdiyim mədəniyyət ocağında sağlam, şəffaf və ədalətli mühitin bərpasına nail olmaqdır.

Nailiyyətlərim və dövlətə xidmətim (qısa şəkildə)

20-yə yaxın uşaq, kukla və böyüklər üçün tamaşanın quruluşçu rejissoru;

“Oyuq” uşaq teatr studiyasının, “Küllücə” inklüziv uşaq teatrının və “Oyun” adlı böyüklər üçün inklüziv teatrın yaradıcısı;

Əlilliyi olan və autizm sindromlu uşaqlarla ölkədə ilk inklüziv teatr tamaşasının müəllifi;

Beynəlxalq festivallarda qran-pri və birinci dərəcəli mükafatlar;

Vətən müharibəsi həqiqətlərinin təbliği məqsədilə çəkilmiş “Köhnə Çamadanlar” tammetrajlı filminin quruluşçu rejissoru – film Bakıda, Şamaxıda, Naxçıvanda və Ankarada nümayiş olunmuş, Türkiyə mediasında 500-dən çox material dərc edilmişdir;

Dövlət teatrlarında illərdir nümunəvi fəaliyyət, yüksək tamaşaçı auditoriyası və repertuarda uğurlu tamaşalar.

Hörmətlə,

Səidə Haqverdiyeva

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri