Icma.az
close
up
RU
Səidə Quliyevadan teatr etirafı: “Biz qorxurduq, amma...”

Səidə Quliyevadan teatr etirafı: “Biz qorxurduq, amma...”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Yay fasiləsindən sonra ölkənin müxtəlif teatrlarında yeni mövsümə hazırlıqlar artıq başlayıb. Sentyabr ayından etibarən tamaşaçılar yenidən klassik və müasir əsərlərin təqdimatında iştirak edəcəklər. Teatr kollektivləri pandemiya sonrası tamaşaçı marağının yüksək səviyyədə davam etməsindən məmnundurlar və bu marağı qoruyub saxlamaq üçün yeni repertuar üzərində çalışırlar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Səidə Quliyeva bildirib ki, hazırda teatr istirahət dövründə olsa da, qarşıdan gələn mövsüm üçün planlar var:

“Teatr hazırda tətildədir. İnşallah sentyabr ayında yeni tamaşalar və yeni repertuarla insanların qarşısında olacağıq. Yeni mövsümdə bizləri nələrin gözlədiyini hələ dəqiq bilmirik. Bu barədə ən doğru məlumatı teatr rəhbərliyi verə bilər. Ümumi olaraq tək bildiyim budur ki, Mehriban Ələkbərzadənin quruluş verdiyi “Baş” adlı tamaşanın hazırlıqları olacaq. Elçinin əsəridir. Onun daxili baxışını artıq izləmişik, tamaşa isə sentyabrda təqdim olunacaq”. Dominos pizza

Xalq artisti qeyd edib ki, pandemiya dövründən sonra tamaşaçı sayında ciddi artım müşahidə olunub:

“Biz əvvəl qorxurduq ki, pandemiyadan sonra tamaşaçımız olmayacaq, insanlar teatra maraq göstərməyəcək. Amma millət teatrlara sözün əsl mənasında axın etdi. Elə tamaşalar var ki, insanlar dəfələrlə gəlib eyni səhnəni izləyirlər. Bu bizi çox sevindirir. Əhval-ruhiyyəmiz yüksəlir. Belə tamaşaçılar əsl teatrsevərlərdir. Təəssüf ki, sayları çox deyil, amma buna baxmayaraq, ümumi maraq böyükdür”.

Səidə Quliyeva əlavə edib ki, repertuarda uşaqlar və yeniyetmələr üçün də tamaşalara yer verilir:

“Uşaq teatrı olmasaq da, onların marağını artırmaq üçün repertuarımıza uşaq və yeniyetmə tamaşaları da daxil edirik. Kukla Teatrında, Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında da maraqlı tamaşalar təqdim olunur. Çox şükür, bu gün yeniyetmələrimiz də gözəl inkişaf yolu keçirlər. Uşaq tamaşalarını şənbə və bazar günləri nümayiş etdiririk. Düşünürəm ki, cari mövsümdə də tamaşaçı sayı ilə bağlı heç bir problem yaşamayacağıq. İzləyicilərimizi əvvəlki kimi qarşımızda görəcəyik”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri