Şəkərdən də təhlükəliymiş: Diş minasını məhv edən gizli vərdişlər
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Stomatoloq Maqomed-Rasul Xəlilbəyov gündəlik bəzi vərdişlərin diş sağlamlığı üçün ciddi risk yaratdığını bildirib.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, onun sözlərinə görə, diş minasını şəkərdən daha tez zədələyən amillərdən biri yeməkdən dərhal sonra diş fırçalamaqdır.
Mütəxəssis qeyd edib ki, yeməkdən sonra ağızda turşuluq artır və bu zaman dişlərin qoruyucu təbəqəsi daha həssas olur. Belə anda dişləri fırçalamaq və ya turş içkilər qəbul etmək mineralların yuyulmasını sürətləndirə və mikroçatların yaranmasına səbəb ola bilər.
Stomatoloqun sözlərinə görə, yeməkdən dərhal sonra mina zəiflədiyi üçün istənilən mexaniki təsir diş səthinə zərər verə bilər.
Həkim əlavə edib ki, diş çöpündən istifadə, aqressiv ağız yaxalayıcıları və dişlərin arasında qalan qida qalıqlarını təmizləməmək də əlavə risk yaradır.
Xəlilbəyov yeməkdən sonra ağzı su ilə yaxalamağı, dişləri isə 30–60 dəqiqə sonra fırçalamağı tövsiyə edib. O, qida qalıqlarını təmizləmək üçün diş sapı və ya xüsusi fırçacıqlardan istifadə etməyi də məsləhət görüb.
Həmidə İbrahimova
Baxış sayı:88
Bu xəbər 27 Aprel 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















