Icma.az
close
up
RU
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma

Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Həkimlər tez-tez belə bir ifadə istifadə edir: "diabet xəstəlik deyil, həyat tərzidir".

Bu o deməkdir ki, insan müəyyən qaydalara əməl etdikdə, xəstəliyin onun həyatına olan mənfi təsirini minimuma çatdıra bilər.

Lakin əgər xəstə bu qaydalara əməl etməzsə və şəkərin səviyyəsi onun qanında daim yüksək olarsa, orqanizmin bir çox orqan və sistemlərində (böyrəklər, gözlər, qara ciyər, ürək-damar, sinir sistemi və s.) müxtəlif ağır pozulmalar inkişaf edəcək. Şəkərin qanda çox yüksək səviyyədə olması komaya səbəb ola bilər.

Pəhriz şəkərli diabet xəstələrin müalicəsində ən önəmli rollardan birini oynayır. Hətta ən müasir dərmanları qəbul edən, lakin pəhriz saxlamayan diabet xəstəsi heç zaman öz xəstəliyinə lazım olan səviyyədə nəzarət edə bilməz.

Xəstə mütləq və dəqiq bilməlidir, hansı qidaları qəbul edə bilər, hansı qidaları - yox və bu qaydalara ömrünün sonuna kimi ciddi riayət etməlidir. Şəkərli diabetin yüngül formalarında yalnız pəhrizin köməyi ilə şəkərin səviyyəsini normada saxlamaq mümkündür.

Beləliklə, şəkərli diabet xəstəliyi olan insan qidalanmada bu kimi ümumi qaydalara riayət etməlidir:

- Ac qalmaq olmaz. Bu qanda şəkərin kəskin enməsinə səbəb ola bilər ki, bunun nəticəsində xəstə koma vəziyyətinə düşə bilər.

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Adi şəkər və fruktoza qidalanmadan tam çıxarılmalıdır. Tərkibində şəkər və fruktoza olan qənnadı məmulatları da belə xəstələr üçün əks-göstərişdir. Nəzərinizə çatdıraq ki, dükanlarda satılan xüsusi diabetik məhsulları arasında tərkibində fruktoza olan mallar da var. Hal hazırda fruktoza da diabet xəstələri üçün uyğun məhsul sayılmır. Tərkibində xüsusi şəkər əvəzediciləri olan (sorbit, ksilit, aspartam, saxarin və s.) məhsullar da şəkərli diabet xəstələri üçün tam ziyansız adlandırmaq olmaz. Bu məhsullar kiçik miqdarlarda və yalnız nadir hallarda qəbul edilə bilər.

Konfetlər, peçenye, mürəbbə, djem, şokolad, dondurma qidalanmadan çıxarılır. Bal çox faydalı məhsuldur. Lakin diabet xəstələri bu məhsuldan imtina etməlidir.

- Yağlı və qat-qat xəmirdən hazırlanmış un məmulatları (bulka, pirojki, pirojnalar və s.), yağlı kremlərlə olan tortlar və pirojnalar, milli şirniyyatlarımız qəti şəkildə əks-göstərişdir.

- Təbii meyvə şirələri qidalanmadan tam çıxarılmalıdır. Dükanlarda satılan və hətta bağlamada "şəkərsiz" yazısı olan şirələri də qəbul etmək olmaz.

- Meyvələri gün ərzində 200-300 qr olmaqla qəbul etmək olar. Meyvə və giləmeyvələri (şirin olmayan alma, portağal, narıngi, nar, heyva, qarağat, albalı) əsas qida qəbullardan ayrı, qida qəbulları arasında yemək olar. Banan, üzüm, əncir, xurma, yemiş, quru meyvələr qidalanmadan çıxarılır.

- Makaron, sıyıqları (manna sıyıqdan əlavə) qəbul etmək olar. Makaron yalnız buğdanın bərk növlərindən ("из твердых сортов пшеницы") ola bilər. Sıyıqların arasında qarabaşaq və yulaf yarmasından hazırlanmış sıyıqlar xüsusilə xeyirlidir.

- Ət, toyuq, balıq şəkərli diabet xəstənin pəhrizində mütləq olmalıdır. Lakin onlar yağsız olmalıdır. Yağlı ət bulyonları qidalanmadan çıxarılmalıdır. Toyuğun dərisini yemək olmaz.

- 1 həftədə 2 yumurta (bişmiş və ya omlet şəklində) qəbul etmək olar.

- Kolbasa, sosiska və s. bu kimi məhsullar (hətta ən az yağlı növləri) qidalanmadan tam çıxarılır.

- Süd məhsulları (süd, kəsmik, kefir, qatıq, pendir) arasında yalnız yağlılığı az olanları seçmək lazımdır. Xama, qaymaq, mayonez, marqarin kimi məhsullar qidalanmadan çıxarılır. Kərə yağı yalnız çox kiçik miqdarlarda qəbul etmək olar.

- Bitki yağları (zeytun, qarğıdalı, günəbaxan) qəbul etmək olar. Lakin onların qəbulu da gündə bir neçə xörək qaşığına kimi məhdudlaşdırılır.

- Bütün qidalar suda bişmiş və ya buğda hazırlanmış şəkildə olmalıdır. Qızarmış qidaları qəbul etmək olmaz.

- Duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidalar qidalanmadan çıxarılır.

- Tərəvəzləri hər qida qəbulunda yemək olar. Kartofun qəbulunu kəskin məhdudlaşdırmaq lazımdır. Xiyar, yunan qabağı, badımcan, kələm, göbələk, soğan, pomidor, göyərti xeyirlidir.

- Spirtli içkilər şəkərli diabet xəstələri üçün əks-göstərişdir.

- Qara çörək qəbul etmək olar. Ağ çörək əks-göstərişdir.

Mənbə: www.medicalj.ru

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri