Şəkərli diabetlə bağlı VACİB Uşaqlarda...
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Uşaqlarda şəkərli diabetin müalicəsi əsasən insulin yerinə qoyulması ilə bağlıdır və bəzi hallarda həyat tərzi dəyişiklikləri ilə dərmansız da idarə oluna bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, tip 1 şəkərli diabet uşaqlarda insulin çatışmazlığı ilə əlaqədardır və hazırda onun tək müalicəsi insulin yerinə qoyulmasıdır:
“Bədən insulin istehsal etmir, onu əvəz etmək lazımdır. Tip 1 diabet ömür boyu davam edir, hazırda müalicə üsulları yalnız insulinlə idarə olunmağa imkan verir”, - mütəxəssis bildirib.
Azad Əkbərzadə həmçinin tip 2 şəkərli diabetə toxunub:
“Əvvəllər uşaq yaş qrupunda nadir görülən tip 2 diabet indi daha çox yayılıb. Bu hallarda düzgün pəhriz və fiziki aktivlik ilə bəzən dərmansız idarə olunmaq mümkündür, amma diaqnoz qoyulmuş xəstəlik ömür boyu risk daşıyır”, - deyə o əlavə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 04 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















